Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Vətən sevgisi ilə döyünən ürək" adlı tədbir keçirilib

25 avqust 2022 | 10:11

24 avqust 2022-ci il tarixdə Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi milli  istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq "Vətən sevgisi ilə döyünən ürək" adlı tədbir həyata keçirib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəxtiyar Vəliyev şairin həyat və yaradıcılığı haqqında geniş mövzuda çıxış etmişdir. Natiq Əhməd Cavad yaradıcılığında vətən sevgisi, Türk dünyasına qarşı böyük ehtiram və məhəbbətin  tərənnümündən söz açmışdır. Daha sonra Qəbələ şəhər 4 saylı tam orta məktəbin VIl sinif şagirdləri və şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdləri Əhməd Cavadın "Susmaram"  şeirini səsləndirərək tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Həmçinin tədbir iştirakçıları 1937-ci il repressiya qurbanı olan Azərbaycan  ziyalılarının həyat və fəaliyyəti haqqında geniş mövzuda çıxışlar etmişlər.

Keçidlər