Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib

24 fevral 2023 | 17:07

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rayon təhsil sektorunun iştirakı ilə 24 fevral 2023-ci il tarixdə “Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açmış, Xocalıda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Fəxri Soltanov bildirmişdir ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyev tərəfindən gəlmişdir. Ümummilli Liderin başladığı bu siyasəti bu gün onun layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Tədbirdə çıxış edənlər tarix boyu Azərbaycan xalqının başına gəlmiş müsibətlərdən, eləcə də Xocalı faciəsinin yaranma səbəblərindən danışmışlar. Qeyd edilmişdir ki, bu gün Heydər Əliyev Fondu Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Sonda “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilmişdir.

 

Keçidlər