Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soyqırmı - qan yaddaşımız” adlı tədbir keçirilib

22 fevral 2023 | 18:32

22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə “Xocalı soyqırmı - qan yaddaşımız” adlı tədbir keçirilib. Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-na  keçən gecə erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətli qətliyamdan, dinc xalqa qarşı edilən misli görünməmiş vəhşiliklərdən bəhs etmiş, bütün bunlara baxmayaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı Qələbədən söz açmışlar. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlənilmiş, məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr edilmiş sərgiyə baxış keçirilmişdir.

Keçidlər