Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Xurşidbanu Natəvan - Müdrik, xeyirxah, ziyalı Azərbaycan qadını" adlı tədbir keçirilmişdir

13 avqust 2022 | 11:00

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə rayon mərkəzləşdirilmiş kitabxanasında Azərbaycanın bədii fikrinin görkəmli siması  Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilmiş  "Xurşidbanu Natəvan - Müdrik, xeyirxah, ziyalı Azərbaycan qadını" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq qeyd etmişdir ki,  Xurşidbanu Natəvan dövrünün bir ziyalı qadını kimi poeziya aləmində öz dəst-xətti ilə seçilmiş, Azərbaycanın mədəniyyəti və sosial həyatında dərin iz qoymuşdur. Onun XIX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olmuş, çoxşaxəli fəaliyyəti ilə ədəbi tariximizdə öz dəsti-xətti ilə seçilmişdir. Digər çıxış edənlər şəirənin həyat və yaradıcılığından danışmış, şeirlərindən nümunələr səsləndirmişlər. Sonda görkəmli şairin həyatından bəhs edən “Natəvan” filmi izlənilmişdir.

 

Keçidlər