Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Zarağan kənd 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirlib

17 fevral 2023 | 18:22

Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı və Şəki - Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ Rayon Təhsil Sektorunun dəstəyi ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə DİN - nin Polis Akademiyasının rayon polis şöbəsinin, rayon təhsil sektorunun nümayəndələri və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi olub.  Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəki - Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ Rayon Təhsil Sektorunun müdiri Arifə Bayramova çıxış edərək, keçirilən tədbirin aktuallığını nəzərə çatdırıb və bildirib ki, Qəbələ rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin məzunları sırasında polis peşəsini seçən şəxslər çoxdur və onların nümunəvi fəaliyyəti haqlı qürur hissi doğurur. Polis Akademiyasının nümayəndəsi polis polkovnik leytenantı Eldəniz Kazımov isə çıxışında bu il Polis Akademiyasına qəbul sayının 300 nəfər olduğunu və Qəbələdən cari dövrə olan məlumata görə 22 nəfərin həmin təhsil ocağına qəbul olunmaq üçün sənəd hazırladığını nəzərə çatdırıb və qəbələli şagirdlərə uğurlar diləyib. Sonda tədbirdə iştirak edən məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər