Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2021-ci ilin yanvar-iyun aylarında  Qəbələ rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

Ümumi məhsul buraxılışı və xidmətlərin istehsalı.

2021-ci ilin ikinci rübü ərzində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və nəqliyyat vasitələrinin təmiri) üzrə məhsul buraxılışı və xidmətlərin göstərilməsi əvvəlki ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 24,9 faiz azalaraq 154219.2 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi  1414,5  manat  təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ikinci rübündə, ticarət xidmətinin həcmi 10,9 faiz, informasiya və rabitə xidmətinin həcmi 9,1 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətinin həcmi  isə  59,4 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 1,2 faiz artmış, sənaye məhsulu istehsalı 29,7 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 67,5 faiz azalmışdır. Hesabat dövründə kənd təsərrüfatında 50,2 milyon manatlıq və ya ümumi məhsulun (32,6 faiz), ticarət sahəsində 37,0 milyon manatlıq (24,0 faiz), tikintidə 18,0 milyon manatlıq (11,7 faiz), sənayedə 45,4 milyon manatlıq (29,4 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyon manatlıq (1,8 faiz), informasiya və rabitə xidmətlərində 0,7 milyon manatlıq (0,5 faiz) məhsul və xidmətlər istehsal edilmişdir. Məhsul və xidmətlərin 73,7 faizi istehsal sahələrinin, 26,3 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

 

2021-ci il  yanvar-iyun  aylarında  əsas sosial-iqtisadi göstəriciləri

                                                                                                                                                                     (min manat)

 

2021 yanvar-iyun

2020 yanvar-iyun

2020-ci ilin müvafiq dövrünə nisbətən,faizlə                       

  Ümumi məhsul buraxılışı və xidmətlərin istehsalı

154219,2

205395,1

75,1

  Məhsulların istehsalı

113636,4

169575,9

67,0

        o cümlədən:                                     Sənaye

45415,1

64605,6

70,3

   Kənd təsərrüfatı

50241,2

49637,3

101,2

   Tikinti

17980,1

55333,0

32,5

  Xidmətlərin istehsalı

40582,8

35819.2

113,3

     o cümlədən:                                                      Ticarət

37041,0

33388,6

110,9

  Nəqliyyat və anbar təsərrüfatı

2820,3

1769,2

159,4

  İnformasiya və rabitə

721,5

661,4

109,1

Kənd təsərrüfatı

2021-ci ilin ikinci rübündə kənd təsərrüfatı müəssisələri, ailə kəndli və ev təsərrüfatlarında 50,2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu da, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə  603,9 min manat (1,2 faiz) çoxdur. İstehsal olunmuş məhsulun 26642,9  min manatı  heyvandarlıq məhsullarının  23598,4 min manat bitkiçilik məhsullarının  payına düşmüşdür.

Bitkiçilik

2021-ci ilin ikinci  rübündə yazlıq bitkilərin əkin sahəsi  keçən ilin müvafiq dövrü ilə müqayisədə 304,5 hektar və ya 10,2 faiz azalaraq 2686,5 hektar olmuşdur. Hesabat dövründə rayonda əkilmiş yazlıq əkinlərin 387,0 hektarını (14,4 faizini) yem bitkiləri, 386,0 hektarını (14,4 faizini) tərəvəz, 393,0 hektarını (14,6 faizini) kartof, 510,5 hektarını (19,0 faizini) qarğıdalı, 779,0 hektarını (29,0 faizini)  dənli və dənli paxlalılar (ondan 643,0 hektarını  vələmir), 25 hektarını  (0,9 faizini)  tütün, 2,0 hektarını  (0,07 faizini)  bostan, 204,0 hektarını (7,6 faizini) birillik otlar təşkil edir.

 

Mövcud əkinlərin 20190,0 hektarını (84,9 faizini)  keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş arpa və buğda, 215.0 hektarını (0,9 faizini) əvvəlki illərdən əkilmiş cox illik otlar, 3379,9 hektarını (14,2 faizini)  isə bu ilin yazlıq bitkilərinin əkini  təşkil etmişdir 2019-cu ilin yanvar-iyun aylarında yazlıq bitkilərin əkin sahəsi  keçən ilin müvafiq dövrü ilə müqayisədə 235,8 hektar və ya 6,5 faiz azalaraq 3379,9 hektar olmuşdur. Hesabat dövründə rayonda əkilmiş yazlıq əkinlərin 788,5 hektarını (23,3 faizini) yem bitkiləri, 408,0 hektarını (12,1 faizini) tərəvəz, 520,0 hektarını (15,4 faizini) kartof, 802,0 hektarını (41,2 faizini) dənli və dənli paxlalılar (ondan 513,0 hektar vələmir) 267,4 hektarını (7,9 faizini) texniki bitkilər (tütün və şəkər çuğunduru), 2,0  hektarını (0,1 faizini) bostan bitkiləri təşkil edir.

Yazlıq bitkilərin əkin sahəsinin quruluşu

2021-ci ilin 01 iyul  tarixinə 2021-ci ilin məhsulu üçün əkinlər ötən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə aşağıdakı cədvəldə verilmişdir

                                                                                                                    hektarla

 

Yanvar-iyun

2021-ci ilin yanvar-iyun ayları 2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

2021

2020

Yaz əkinin əvvəlindən əkilmişdir cəmi

2686,5

2991,0

89,8

O cümlədən:

 

 

 

 Dənli və dənli paxlalılar  (qarğıdalısız)

779,0

891,5

87,4

    vələmir

643,0

552,6

116,4

Qarğıdalı  cəmi

510,5

563,4

90,6

O cümlədən dən üçün

232,0

179,4

129,3

Yemlik kökümeyvəlilər (yem çuğunduru,salğam,yem salğamı  və s)

-

-

-

Keçən ilin payızlıq əkinini də daxil etməklə cari ilin kölgəliksiz çoxillik otlar əkini-cəmi

387,0

452,7

85,5

Tütün

25,0

35,0

71,4

Kartof

393,0

408,0

96,3

Tərəvəz

386,0

401,0

96,3

Bostan bitkiləri

2,0

3,0

66,7

Şəkər çuğunduru

-

55,5

-

Birillik otlar

204,0

180,9

112,8

 

 

 

2021-ci il yanvar-iyun

əkin sahəsi hek

Yığılmış sahə  hek

Yığılmış sahə  %-lə

Yığılmış məhsul ton

Məhsuldarlıq sen

Dənli bitkilər cəmi:

20437,4

17726,4

86,7

57157,8

32,2

buğda

14420,4

12260,0

85.0

39859,8

32,5

arpa

5142,0

5142,0

100,0

16506,0

32,1

Qarğıdalı

232,0

-

-

-

-

Sair dənli bitkilər

643,0

324,4

50,5

792,0

24,4

Paxlalı bitkilər

136,0

-

-

-

-

Meyvə

8861,6

-

-

426,5

0,5

Giləmeyvələr 16,6 - - 12,0 7,2
Kartof 393,0 130,0 33,1 1066,0 82,0
Tərəvəz 386,0 85,0 22,0 723,5 85,1


Heyvandarlıq

2021-ci ilin birinci yarımilliyində 2032,2  ton diri çəkidə ət, 20669,3 ton süd, 11492 min ədəd yumurta  və 314,5 ton yun  istehsal olunmuşdu.

Kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı

 

  

Göstəriçilər

2021-ci ilin
yanvar-iyun
ayları
2020-ci ilin
yanvar-iyun ayları

2021-ci ilin yanvar-iyunayları 2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

Ət (diri çəkidə, sentner) cəmi

20322

20505 99,1

         o cümlədən:

inək əti

8178

8368 97,7

camış əti

1621

1620

100.1

qoyun əti

6983 6982

100.0

keçi əti

59 58 101,7

donuz əti

41 39 105,1

quş əti

3440 3438

100.1

Süd (fiziki çəkidə, sentner) cəmi

206693 206714 100,0

         o cümlədən:

inək südü

200666 200689 100,0

camış südü

3811 3810 100,0

qoyun südü

2216 2215 100,1

Yumurta (min ədəd)

3145 3120 100,8

2021-ci ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 43965 baş iri buynuzlu mal-qara, o cümlədən 21773 baş inək və camış, 178333 baş qoyun və keçi, 739 baş donuz mövcud olmuşdur.

Mal-qaranın sayı

 

01 aprel
2021
01aprel
2020

 

2021-ci ilin yanvar-iyun ayları 2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

 

İribuynuzlu mal-qara (baş)

43965

44842 98,0

o cümlədən;

İnək və camışlar  (baş)

21773 22215 98,0

Qoyun və keçilər (baş)

178333 185081 96,3

Donuzlar(baş)

739 759 97,4

Son dövrlər mal-qara arasında süni mayalanma işinin təşkili və onun genişləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. Tədbirlərin nəticəsi olaraq 01 iyul 2021-ci il tarixinə 4590 baş süni yolla mayalanmış heyvanlardan 2367 baş bala alınmışdır.

    Sənaye

Sənaye əsasən Mədənçıxarma sənayesi,  Emal sənayesi, Elektrik enerjisi, qaz və buxar istehsalı,  bölüşdürülməsi və təchizatı və Su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.

2021-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri, fərdi sahibkarlar   və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 45415,1 min manatlıq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 29,0  faiz və ya 18561,4 min manat  az sənaye məhsulu istehsal edilmişdir.

   Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

(min manat)

İNFT üzrə sahənin kodu

Göstəricilərin adı

2021-ci ilin
ikinci rübündə
məhsul istehsalı və xidmətlərin göstərilməsi  (faktiki qiymətlərlə)
2020-ci ilin
ikinci rübündə
məhsul istehsalı və xidmətlərin göstərilməsi
(faktiki qiymətlərlə)
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə,(faktiki qiymətlərlə),  
faizlə

 

Cəmi sənaye məhsulu

45415,1

64605,6

70,3

B

O cümlədən:                          Mədənçıxarma sənayesi

1314,0

1534,4

85,6

C

Emal sənayesi

39614,8

59260,4

66,8

D

Elektrik enerjisi, qaz və buxar istehsalı,  bölüşdürülməsi və təchizatı

3992,3

3414,8

116,9

E

Su təchizatı; tullantıların təmizlənməsi və emalı

494,0 396,0 124,7

Hesabat dövründə sənaye məhsullarının 8,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 87,2 faizi emal, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,9 faizi isə mədənçıxarma  sektorlarında istehsal edilmişdir.

Sənaye məhsulu istehsalının strukturu  

İstehsal olunmuş sənaye məhsulunun 4486,3 min manatı və ya 9,9 faizi dövlət, 40928,8 min manatı və ya 90,1 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür.

2021-ci ilin ikinci rüb ərzində  sənaye müəssisələrində 1423 nəfər çalışmış, onların orta aylıq nominal əməkhaqqı 562,1 manat olmuşdur. İşçilərin orta aylıq nominal əməkhaqqı  əvvəlki ilin müvafiq dövrünə  nisbətən  13,1 faiz artmışdır.

Əsaslı tikinti

2021-ci ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlar tərəfindən iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 18929,2 min manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 66,0 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 17210,8 min manatı və ya 90,9 faizi  dövlət, 1718,4 min manatı və ya 9,1 faizi  isə qeyri-dövlət sektorunun payına düşmüşdür.

Tikintinin əsas göstəriciləri

Göstəricilərin adı

2021-ci ilin
ikinci rübü
2020-ci ilin
ikinci rübü
2021-ci ilin
ikinci rübü
əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Əsas kapitala yönəldilmiş vəsaitlər-cəmi, min manat

18929,2

55638,0 34,0

ondan tikinti-quraşdırma işlərinə  yönəldilmiş vəsait, min manat

17980,1 55333,0 32,5

İstifadəyə  verilmiş  yaşayış  evlərinin ümumi sahəsi, kv.metr

2136 4270 50,0

Tikinti  müəssisələri (hüquqi şəxslər üzrə) tərəfindən öz gücləri ilə yerinə yetirlmiş tikinti işlərinin dəyəri, min manat

9936 6352,2 156,4

Orta aylıq nominal əmək haqqı, manat

581,7

519,9 111,9

2021-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 17980,1 min manatını və ya 95,0 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. Tikinti-quraşdırma işlərinin 16314,8 min manatı və ya 90,7 faizi dövlət, 1665,3 min manatı və ya 9,3 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşmüşdür.
Hesabat dövründə 18467,5 min manat dəyərində əsas fondlar istifadəyə   verilmişdir ki, bununda 17069,1 min manatı dövlət müəssisələrinin payına düşür.
2021-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri və fərdi sahibkarlıq tərəfindən yerinə  yetirilmiş tikinti işlərinin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,4 faiz artaraq 9936,9  min manat olmuşdur.
2021-ci ilin yanvar-iyun aylarında tikinti fəaliyyət növü üzrə çalışan  işçilərin orta sayı 311 nəfər, orta aylıq nominal əməkhaqqı isə 581,7 manat olmuşdur. İşçilərin orta aylıq nominal  əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,9 faiz artmışdır.

          Pərakəndə əmtəə dövriyyəsi və ödənişli xidmətlər

2021-ci  ilin II rübü  ərzində istehlak bazarında  əhaliyə 23897,0 min manatlıq   ödənişli xidmət göstərilmişdir.  Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi  112930,0  min manat olmuş və  keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz və ya 9559,7 min manat artmışdır.

İctimai iaşə də daxil olmaqla pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi aşağıdakı  göstəricilərlə xarakterizə olunur.

 

                                                                                                                                                                                                                m i n  m a n a t l a

Istehlak bazarı üzrə əsas göstəriciləri

2021-ci ilin
ikinci rübü
2020-ci ilin
ikinci rübü

Fərq +.-

Pərakəndə əmtəə dövriyyəsinin həcmi, min manatla

112930,0

103370,3 +9559,7

Pərakəndə ticarət dövriyyəsinin həcmi, min manatla

107870,0

98067,0 +9803,0
Pərakəndə əmtəə dövriyyəsi üzrə ilin müvafiq dövrünə nisbətən  fiziki həcm indeksləri,  faizlə 105,3 101,0 +4,3

Pərakəndə əmtəə dövrüyyəsinin adam başına düşən həcmi, manatla

989,4 905,6 +83,8

İaşənin dövriyyəsi, min manatla

5060,0 5303,3 -243,3

İaşə  dövrüyyəsinin əvvəlki ilin müvafiq  dövrünə nisbətən fiziki həcmin  indeksi, faizlə

93,6 59,8 +33,8

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi, min manatla

23897,0 23360,0 +537,0

Ödənişli xidmətin adambaşına düşən həcmi manat

219,2

215,0 +4,2
 

Məhsul bazarı

2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki  qiymətlərlə   10,0  faiz artaraq  107870,0  min manat olmuşdur.

Məhsul bazarı üzrə əsas göstəricilər

  2021-ci ilin yanvar-iyun ayları, min manatla 2021-ci ilin yanvar-iyun ayları
2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 107870,0 110,0
o cümlədən:
müəssisələr üzrə
32961,1 136,8
fərdi sahibkarlar üzrə 68654,2 101,3
bazar və yarmarkalar üzrə 6254,7 100,4

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

  2021-ci ilin yanvar-iyun ayları, min manatla Ümumi yekunda xüsusi çəkisi, faizlə 2021-ci ilin yanvar- iyun ayları  2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 107870,0 100,0 110,0
o cümlədən:
ərzaq məhsulları, ickilər və
tütün məmulatları
60144,0 55,8 106,8
qeyri-ərzaq məhsulları 47726,0 44,2 114,3

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ilin birinci yarısında  92,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 73,0  manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2021-ci ilin  yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz  artaraq 23897,0 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 18707,0  min manatlıq xidmət  göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin  78,3 faizini təşkil  etmişdir.

Ödənişli xidmətlərin göstərilməsi

  2021-ci ilin
yanvar-iyun aylarında,
min manatla
2021-ci ilin  yanvar-iyun ayları
2020-ci ilin yanvar-iyun
aylarına nisbətən, faizlə
Ödənişli xidmətlərin
ümumi dəyəri – cəmi
23897,0 106,9
dövlət 4168,3 83,4
qeyri- dövlət 18707,0 99,5
ondan
fiziki şəxslər
5190,0 114,0

 

İctimai iaşə xidmətləri

2021-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq  dövrü ilə müqayisədə  4,6 faiz azalaraq   5060,0 min manat olmuşdur.

 

İctimai iaşə dövriyyəsi

  2021-ci ilin
yanvar-iyun
ayları,
min manatla
2021-cu ilin yanvar-iyun ayları
2020-ci ilin yanvar-iyun aylarına
nisbətən, faizlə
Cəmi 5060,0 95,4
o cümlədən:    
qeyri-dövlət 3005,4 146,4
fiziki şəxslər 2054,6 63,2

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59,4 faizi  hüquqi şəxs statuslu müəssisələrin, 40,6  faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq  3005,4 min manat olmuşdur.

 

Demoqrafik vəziyyət   

2021-ci ilin birinci yarımili ərzində  ilkin məlumatlara görə rayonun  əhalisinin sayı 338 nəfər və ya 0,3 faiz artaraq 109025  nəfər təşkil etmiş və əhalinin sıxlığı bir kvadrat kilometrə 70 nəfər olmuşdur.
Rayonda 683 məcburi köçkün ailəsi və bu ailələrdə 2337 nəfər məcburi köçkün vardır. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd ərazi nümayəndəliyi və 29 bələdiyyə fəaliyyət göstərir.
2021-ci ilin birinci yarımili ərzində və 2020-ci ilin   eyni dövrü ilə müqayisədə əsas demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur.

Göstəricilər

Ümumi artım

Nəfərlə

Əhalinin  hər min nəfərinə düşən

2021-ci ilin birinci yarımili ərzində

2020-ci ilin birinci yarımili ərzində

2021-ci ilin birinci yarımili ərzində

2020-ci ilin birinci yarımili ərzində

Ümumi artım

338

445

6,2

4,1

Təbii artım

331

441

6,1

8,2

Doğulanlar

668

761

12,3

14,2

Ölənlər

337

320

6,2 6,0

O cümlədən 1-yaşa qədər ölən uşaqlar

8

7

12,0

9,2

Miqrasiya saldosu

7

4

0,1

0,08

Nikahlar

285

151

5,2

2,8

Boşananlar

53

52

1,0

1,0

2021-ci ilin ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən   rayonda 668  doğum, 377 ölüm, 285 nikah və 53 boşanma halları qeydə  alınmışdır.  2020-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin  hər  1000 nəfərinə doğum səviyyəsi 14,2 dən 12,3-ə qədər azalmış,  ölənlər 6,0 dan 6,2-ya qədər artmışdır.  Nikahlar 2,8-dən 5,2-yə qədər artmış, boşanmanın səviyyəsi  isə  eyni qalmışdır.

Turizm

Qəbələ rayonu ərazisində yanvar-iyun aylarında 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 5844 yerdir. 2021-ci ilin yanvar-iyun aylarında otel və mehmanxanalarda 13670 çarpayı-yerdən  istifadə olunub. Mehmanxana və mehmanxana tipli müəssisələrdə bir gün gecələmək  ücün orta qiymət 70,6 manat təşkil edib. Turistlərin gecələmə müddəti 1-2 gün olub.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrə 37473 nəfər yerli və əcnəbi turist yerləşləşdirilib. Onların 36002 nəfəri və ya 96,1 faizi Azərbaycan, 1471 nəfəri və ya 3,9 faizi xarici.
Bu il koronavirus (COVİD-19) pandemiyası səbəbindən tam fərqli bir vəziyyəti müşahidə etdik. Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu və bu özünü ölkəmizə gələn əcnəbi turistlərinin sayının kəskin azalmasında da büruzə verdi. Eyni zamanda dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olundu.
 2021-ci ilin birinci yarısında Qəbələyə gələn əcnəbi turistlər arasında Türkiyənin vətəndaşları üstünlük təşkil edib.Bu ilin birinci yarısında bu ölkənin 386 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin birinci yarısında Rusiya Federasiyasından 222 nəfər, ABŞ-dan 78 nəfər, Qazaxıstandan 74 nəfər, Böyük Britaniyadan 71 nəfər, Ukraynadan 67 nəfər, Gürcüstandan 50 nəfər, İrandan 48 nəfər, digər ölkələrdən 475 nəfər turist gəlib.
Ötən dövrdə Qəbələnin turizm obyektlərində 922 işçi çalişıb.Onlardan 195 nəfərini qadınlar, 58 nəfərini turizm və otelşilik üzrə təhsil alan mütəxəssislər, 12 nəfərini isə əcnəbi işçilər təşkil edib.

Bələdiyyələrin fəaliyyəti

Fəaliyyət göstərən  29 bələdiyyə tərəfindən 2021-ci ilin ilk 6 ayı ərzində 219,9  min manat, əvvəlki ilin eyni dövrünə nisbətən 45,2 min manat və ya 20,6 faiz az vəsait toplanmışdır. Əvvəlki ilin eyni dövrünə nisbətən bələdiyyələr tərəfindən fiziki şəxslərdən torpaq vergisi 96,3 faiz, fiziki şəxslərdən əmlak vergisi 2,7 dəfə artmış, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 3,7 faiz, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən gəlirlər 52,0 faiz, bələdiyyə əmlakının və torpağının icarəyə verilməsindən gəlirlər 57,0 faiz, sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərinə görə ödəmələr 6,4 faiz azalmışdır.
Bələdiyyələr üzrə büdcə xərclərinin ümumi həcminin 65,0 faizi yerli özünü idarəetmə orqanlarının saxlanmasına, 6,6 faizi sosial müdafiə və sosial təminat xərclərinə, 15,4 faizi mənzil-kommunal təsərrüfat xərclərinə, 10,8 faizi nəqliyyat və rabitə xərclərinə, 2,2 faizi isə digər xərclərə sərf olmuşdur.

Bələdiyyə büdcələrinin gəlirləri (min manat)
  Hesabat rübü ərzində daxil olmuşdur İlin əvvəlindən
Daxil olmuşdur Əvvəlki ilin eyni dövrünə nisbətən, faizlə Büdcə gəlirlərinin yekununda xüsusi çəkisi, faizlə
Yerli büdcənin gəlirləri – cəmi 120,2 219,9 79,4 100,0
o cümlədən:
Vergilərdən daxilolmalar
42,4 79,3 161,2 36,1
o cümlədən:
     - fiziki şəxslərdən torpaq vergisi
22,9 43,0 196,3 19,6
- fiziki şəxslərdən əmlak vergisi 7,9 15,4 275,0 7,0
- yerli əhəmiyyətli tikinti materialları        üzrə mədən vergisi 11,6 20,9 96,3 9,5
Vergi olmayan gəlirlər 74,7 131,1 60,1 59,6
- bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş 1,9 4,1 117,1 1,9
- sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərinə görə ödənişlər 25,6 54,0 93,6 24,6
- bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər 47,2 73,0 46,5 33,2
o cümlədən:
– bələdiyyə əmlakının 
özəlləşdirilməsindən gəlirlər
32,5 51,7 48,0 23,5
- bələdiyyə əmlakının və torpağın icarəyə və istifadəyə verilməsindən 14,7 21,3 43,0 9,7
- Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar - - - -
Digər gəlirlər 3,1 9,5 97,9

4,3

            

Bələdiyyə büdcələrinin xərcləri (min manat)
Göstəricilərin adı Hesabat rübü ərzində xərclənmişdir İlin əvvəlindən
Xərclənmiş-dir Əvvəlki ilin eyni dövrünə nisbətən, faizlə Büdcə xərclərin yekununda xüsusi çəkisi, faizlə
Yerli büdcənin xərcləri, cəmi 103,6 209,8 60,8 100,0
o cümlədən:
- yerli özünüidarəetmə orqanının   
saxlanılmasına
78,6 136,4 106,6 65,0
- təhsil xərcləri - 0,6 - 0,3
- sosial müdafiə və sosial təminat
xərcləri
2,1 13,8 181,6 6,6
o cümlədən:
- sosial müdafiə xərcləri
- 1,4 155,6 0,7
- sosial təminat xərcləri 2,1 12,4 185,1 5,9
- mədəniyyət, incəsənət, 
informasiya, bədən tərbiyəsi və digər xərclər
- 0,1 - 0,0
- mənzil-kommunal təsərrüfatı xərcləri 3,7 32,3 133,5 15,4
- kommunal təsərrüfatı xərcləri 3,7 32,3 133,5 15,4
- nəqliyyat və rabitə xərcləri 17,4 22,7 12,6 10,8
ondan:
- avtomobil yolları və avtomobil  
nəqliyyatı xərcləri
1,8 3,9 72,2 1,9
- digər xərclər 16,6 10,1 - -
- Profisit / kəsir (-)        

Qiymət

                                                                                                                          Ərzaq məhsullarının qiymət indeksləri
Ərzaq məhsulları üzrə un və çörək məmulatları,ət və ət məhsulları,balıq və balıq məhsulları,yağ və süd məhsulları,yumurta,meyvələr, tərəvəzlər, şəkər, şokolad və konfetlər, çay, sərinləşdirici içkilər, meyvə şirələri, spirtli içkilər və tütün məmulatlarının qiyməti artmışdır. Ən çox qiymət artımı yağ və süd məhsulları, şəkər, çay, və tütün məmulatları üzrə olmuşdur.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları 2021-ci ilin II rübü 2020-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
Un və çörək məmulatları 103,1
Ət və ət məhsulları 100,5
Balıq və balıq məhsulları 101,4
Yağ və süd məhsulları 109,5
Yumurta 101,5
Meyvələr 102,0
Tərəvəzlər 101,7
Şəkər, bal, şokalad və konfetlər 105,7
Kofe, çay, kakao 105,2
Mineral sular, meyvə şirələri və sərinləşdirici içkilər 102,5
Spirtli içkilər 104,9
Tütün məmulatları 105,0

 

Qeyri-ərzaq məhsulları üzrə geyim,ayaqqabı,parçalar,tikinti materialları,mebel və ev əşyları,zərgərlik məmulatları,məişət cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, tibbi təyinatlı məhsullar,şüşə və yemək qabları və şəxsi istifadə əşyalarının qiyməti artmışdır.Ən çox qiymət artımı tikinti materialları,məişət cihazları və şəxsi gigiyena vasitələri üzrə olmuşdur. Digər qeyri-ərzaq məhsulları üzrə qiymət dəyişikliyi olmamışdır.

Qeyri-ərzaq məhsullarının qiymət indeksləri

Qeyri-ərzaq məhsulları 2021-ci ilin II rübü 2020-ci ilin müvafiq
dövrünə nisbətən,faizlə
Geyim 101,5
Ayaqqabı 100,6
Parçalar 102,8
Mebel və ev əşyaları 102,0
Məişət cihazları 106,7
Tibbi təyinatlı məhsullar 100,8
Minik avtomobilləri üçün ehtiyyat hissələri 102,5
Zərgərlik məmulatları 102,0
Şəxsi gigiyena əşyaları 104,1
Dəftərxana ləvazimatı 100,0
Qəzet və dövri nəşrlər 100,0
Şüşə məmulatları, yemək qabları 102,2
Tikinti materialları 108,5

Əhalinin sosial təminatı

2021-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon Şöbəsi tərəfindən 10327 pensiya işi üzrə 10376 ailə üzvünə 2857.7 min manat pensiya ödənilmişdir. 
2021-cu ilin yanvar-iyun ayları üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsində qeydiyyatda olmuş 10327 nəfər pensiyaçıdan 1086 nəfəri işləyən, 9241 nəfəri isə işləməyən pensiyaçı olmuşdur. Pensiyaçıların  6819 nəfəri yaşa görə, 2753 nəfəri əlilliyə görə, 755 ailə   804 ailə üzvü  isə ailə başçısının itirilməsinə görə pensiya alan  şəxslərdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 276,73 manat təşkil etmişdir

          Nəqliyyat, informasiya və rabitə

Nəqliyyat. 2021-ci ilin yanvar-iyun ayları ərzində avtomobil nəqliyyatı ilə yük daşınması əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7 faiz azalaraq 355 min ton, sərnişin daşınması  isə 16,1 faiz azalaraq  2807 min  sərnişin olmuşdur. 2021-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat və anbar təsərrüfatı üzrə cəmi məhsul buraxılışı 2820,3 min manat olmuşdur ki, bunun da 1425,2 min manatı və ya 50,5 faizi fiziki şəxslərin payına düşür. Hesabat dövründə fiziki şəxslər tərəfindən nəqliyyat sektorunda 1425,2 min manat həcmində iş və xidmətlər göstərilmişdir. Bu göstərici 2020-cu ilin müvafiq dövrünə nisbətən 5,9 faiz və ya 89,9 min manat azalmışdır. Həmin iş və xidmətlərin 652,7 min manatı və ya 45,8 faizi yük daşınmasının, 772,5  min manatı və ya 54,2 faizi isə sərnişin daşınmasının payına düşmüşdür.

        Rayon ərazisində nəqliyyat sektorunun əsas göstəriciləri

 

Göstəricilərin adı

2021-ci ilin
yanvar-iyun aylarında

2020-ci ilin
yanvar-iyun aylarında
2020-ci ilin
müvafiq dövrünə  nisbətən, faizlə

Avtomobil  nəqliyyatı  ilə  yük  daşınması, min ton

355

426 83,3

Avtomobil nəqliyyatı  ilə sərnişin daşınması, min sərnişin

2807 3346 83,9

Nəqliyyat sektorunda məhsul buraxılışı (fiziki şəxslər üzrə - cəmi), min manat

1425,2 1515,1 94,1

Nəqliyyat sektorunda məhsul buraxılışı (fiziki şəxslər üzrə - yük daşınmasından), min  manat

652,7 613,9 106,3

Nəqliyyat   sektorunda    məhsul    buraxılışı (fiziki şəxslər üzrə - sərnişin daşınmasından),min manat

772,5 901,2 85,7

İnformasiya və rabitə

Fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 721,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz və ya 60,1 min manat çox rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin dəyərinin 628,6 min manatı və ya 87,1 faizi əhali tərəfindən ödənilmişdir. Hesabat dövründə rayon  əhalisinə göstərilmiş poçt xidmətlərinin həcmi  isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  0,7 faiz və ya 1,0 min manat azalaraq 139,2 min manat olmuşdur.

                 Poçt və rabitə xidmətlərinin əsas göstəriciləri

Göstəricilərin adı

2021-ci ilin ikinci rübü

2020-ci ilin ikinci rübü

2021-ci ilin ikinci rübünün
əvvəlki ilin
müvafiq dövrünə
nisbəti, faizlə

Poçt xidmətlərinin həcmi, min manat

139,2

140,2 99.3

Rabitə xidmətlərindən əldə olunan gəlir, faktiki qiymətlərlə, min manat

721,5 661,4 109,1

o cümlədən        

 

 

 

Əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi, min manat

628,6 663,1 111,9

Hesabat dövründə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirin  459,7 min manatı internet xidmətlərindən, 239,4 min manatı şəhər-kənd telefon rabitəsi üzrə xidmətlərdən, 22,4 min manatı şəhərlərarası və beynəlxalq telefon rabitəsi üzrə xidmətlərdən  daxil olmuşdur.
2021-ci ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə fəaliyyət növü üzrə çalışan işçilərin  orta sayı 97 nəfər, orta  aylıq nominal  əməkhaqqı  isə  312,2 manat  olmuşdur. İşçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8  faiz azalmışdır.

 

Əhalinin məşğulluğu və yeni iş yerlərinin açılması

01 yanvar 2016-cı il  tarixindən 01 iyul 2021-ci il tarixinədək olan  dövr ərzində 10512 yeni iş yeri yaradılmışdı. Yeni yaradılmış  iş yerlərinin 10512-si də daimi, 436-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 2806-sı mövcud müəssisə və təşkilatlarda, 6749-u fiziki şəxslərdə, 521-i digər tədbirlər, mövsümü, müvəqqəti abadlıq və s olmuşdur.


    01 yanvar 2016-cı ildən 01 iyul 2021-ci ilədək olan dövrdə yeni açılmış iş yerləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdi.

 

2016

2017

2018

 

2019

 

2020

2021

II-rüb

Açılmış iş yerlərinin  sayı cəmi

1475 1641 1936 1534 2743 1183

Ondan daimi iş yerləri

1475 1641 1936 1534 2743 1183

Yeni yaradılmış  müəssisə və təşkilatlarda

134 71 84 42 0 105

Mövcud müəssisə və təşkilatlarda

5 122 1012 971 557 139

Fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlarda

0 0 0 0 0

0

Fiziki şəxslər

1336 1448 840 0 2186 939

Digər tədbirlər,mövsümü, müvəqqəti abadlıq və s.

0

0

0

521 0

0

Ümumiyyətlə, 2021-ci ilin yanvar-iyun ayları ərzində rayonda 1183 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir.

Keçidlər