Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

      2021-ci il ərzində  iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 334.112,5 min manatlıq ümumi məhsul  istehsal  edilmiş və xidmətlər göstərilmiş, ötən ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumilikdə 160.723,6 min manat, yaxud 32,5 % azaıma olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən sənayedə 11.476,5 min manat, yaxud 10,0 %, tikintidə  165.445,6 min manat, yaxud 80,3% azalma, kənd təsərrüfatında 1.404,1   min manat, yaxud 1,4 %, ticarətdə 12.054,8 min manat, yaxud 18,4 %, informasiya və rabitədə 120,5 min manat, yaxud 8,8 %, nəqliyyat və anbar təsərrüfatında  2.619,1 min manat, yaxud 102,9 %, artım olmuşdur.
Hesabat dövründə kənd təsərrüfatında 105,0 milyon manatlıq və ya ümumi məhsul buraxılışının  (31,4 faiz), ticarət sahəsində 77,5 milyon manatlıq (23,2 faiz), tikintidə 40,7 milyon manatlıq (12,2 faiz), sənayedə 104,3 milyon manatlıq (31,2 faiz), nəqliyyat və anbar təsərrüfatında 5,1 milyon manatlıq (0,9 faiz), informasiya və rabitə xidmətlərində 1,4 milyon manatlıq (0,6 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.
Məhsul və xidmətlərin 74,8 faizi istehsal sahələrinin, 25,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
 Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 3.054,3 manat təşkil etmişdir.    
      İl ərzində sənaye müəssisələrində çalışan  1.561 nəfər işçinin orta aylıq nominal əmək haqqı 549,8 manat olmuşdur.  Əsas kapitala yönəlmiş investisiyanın həcmi 40.990,4 min manat, tikinti quraşdırma şlərinin həcmi isə 40.690,6 min manat təşkil etmişdir.           
      2003-cü ilin oktyabr ayından 01.01.2022-ci ilədək 24.568-i daimi olmaqla, 27.137 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 2.547 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.
      Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq filialı  Qəbələ rayonu üzrə 2021-cı il ərzində öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.
      2021-ci il üçün tərtib edilmiş Ərazi Məşğulluq Proqramının müddəalarına əsaslanaraq rayon ərazisində fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı istiqamətli idarə, müəssisə, təşkilat və təsərrüfatlarla sıx əlaqə saxlanılmışdır. Bunun üçün ilk növbədə vakant vəzifələrin və boş iş yerlərinin müəyyənləşdirilməsi Filialın iş posesinin əsas xəttini təşkil etmişdir. Nəticədə 2021-ci il ərzində rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdən daxil olan boş iş yerləri haqqında məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində öz əksini tapmışdır.
      2021-cu il ərzində Filiala iş üçün müraciət etmiş 2.700 nəfər işaxtaran və işsiz vətəndaş qeydiyyata alınmışdır. Filialda qeydiyyatda olan 1.085 nəfər mərkəzin göndərişi ilə münasib işlə təmin olunmuşdur. İl ərzində 324 nəfəri özünüməşğulluq layihəsinə cəlb olunmuş, 201nəfər aktivlərlə təmin edilmişdir.
              İdarə və müəssisələrdən sərbəstləşmiş və yaxud əmək müqaviləsinə xitam verilməsi nəticəsində işini itirən 19 nəfər işsizə sosial müdafiəsini gücləndirmək məqsədi ilə sığorta ödənişi təyin edilmişdir.
     Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.
     Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.
   Rayonun yerli gəlirləri ilin  yekunlarına görə 18.115,0  min manat proqnoza qarşı 20.291,9 min manat (112,0 %) və ya 2.176,9 min manat çox, o cümlədən: “Avtomobil Yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 12,0 min manat (54,7 %) və ya 10,0 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.693,0 min manat proqnoza qarşı 8.622,3 min manat (112,1 %) və ya 919,3 min manat çox, yerli xərcləri 7.693,0 min manat proqnoza qarşı 7.021,8 min manat (91,3%) və ya 671,2 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 10.400,0 min manat proqnoza qarşı 11.657,6 min manat(112,1 % ) və ya 1.257,6 min manat çox icra olunmuşdur.
     Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 5 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 382,4 min manat az vəsait daxil olmuşdur. Digər 5 növ gəlirlər üzrə  1.311,7 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 929,3 min manat çox yerinə yetirilmişdir.
     Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 20.291,9 min manat vəsitdən 8.622,3 min manatı rayonun yerli gəlirlərinə, 12,0 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 11.657,6 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
     Rayonun yerli xərcləri 7.693,0 min manat proqnoza qarşı 7.021,8 min manat (91,3%) və ya 671,2 min manat az icra olunmuşdur.   Ümumilikdə xərclərin təyinatdan az icra olunmasının səbəbi   əmək haqqı və ona üstəlik xərc maddələrində 194,3 min manat qənaətin yaranması (yerli icra hakimiyyəti orqanları və digər sahələr üzrə bəzi ştat vahidlərinin vakant olması ilə bağlı)  və bəzi xərclər üzrə faktiki icranın olmadığı (elektrik enerjisi, qaz, su və s.) üçün vasaitin ödənilməməsi  olmuşdur. Pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı ərzaq  xərclərində 90,7 min manat, digər xərc maddələri üzrə 386,2 min manat qənaət yaranmışdır.
     Yerli büdcənin hesabında  və  təşkilatların  ayrı-ayrı xərc maddələri  üzrə  limit  qalığında 
01 yanvar 2022-ci il tarixə 1600,5  min manat vəsait qalığı yaranmışdır.
     Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
      İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 127.838,8 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 10.649,6  min manata qarşı 9.490,2 min manat vəsait toplanaraq  yığım planı 89,1 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 109,9 %, ticarət və xidmət üzrə 105,3 %, istehsal nəqliyyat üzrə 102,2 %, qeyri istehsal üzrə 105,8 %, əhali qrupu üzrə isə 105,4 % olmuşdur.
        10 kV-luq hava xəttinin 23,3 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Zarağan, Tüntül, Mirzəbəyli, Laza, Mıxlıqovaq, Nic, Bum, Zalam  elektrik verilişi hava xətlərində 311 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 24.500 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 markalı naqillərlə əvəz edilmişdir.
      10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən  22 ədəd 250 A-lik, 9 ədəd 400 A-lik  ayrıcı quraşdırılmışdır.
      Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 28,2 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 296 ədəd ağac dayaq  dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 259 ədəd transformator yarımstansiyasının  qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 71,4 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlmə işləri aparılmışdır. 40 ədəd  transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir;
     Əhali və qeyri əhali sektorunda 815 ədəd yeni, 103 ədəd 3 fazlı sayğac quraşdırılmışdır. 1970 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.
     Təbii qaz istehlakçıları tərəfindən 54.505,5 min kub/metr təbii qaz istehlak edilmiş, 8.782,5 min manata qarşı 7.857,4 min manat vəsait toplanaraq ümumi yığım məbləği 89,5% olmuşdur. Həmin göstərici  əhali sektoru üzrə 90,8 %,  büdcə təşkilatları üzrə 73,1 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 91,3% təşkil etmişdir. Əhali abonentlərin ümumi sayı 21.141-a çatdırılmışdır.
     İl ərzində müxtəlif diametrli polad borularla 8.941 metr yeni qaz xətti çəkilmiş, 3 ədəd ŞQTM, 3 ədəd siyirtmə, 2 ədəd QPS filtri 440 m xətt dayağa qaldırılmışdır.
    “Təmiz Qaz” MMC və xidmət sahəsi tərəfindən aşkar olunmuş 2834 sızma ləğv edilmişdir. İşləməyən 3393 sayğac əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Fərdi qaydada 655 abonent və 33 qeyri-əhali yeni  abonent qazla təmin olunmuşdur.    
      İl ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8008 əhali, 208 qeyri-əhali abonenti olmaqla cəmi 8.216 abonentə xidmət göstərir. Xidmət göstərilən əhali abonentlərin 7.833-ü, qeyri-əhali abonentlərin 186-sı sayğaclaşmışdır. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Heydər Əliyev prospektində 4 ədəd yaşayış binaların zirzəmisində qəzalı vəziyyətdə olan su xətləri yenidən qurulmuş, Küsnət su mənbəyində 1 ədəd 8-25-100, 3 ədəd 8-16-40, 2 ədəd 8-40-120, qaçqın şəhərciyində 2 ədəd 8-16-140 markalı nasos dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Əhməd Cavad və Həzi Aslanov küçələrində d-200 mm olan kanalizasiya xətti yenidən qurulmuşdur. Sukanal sahəsinin ərazisində su şəbəkəsində 141, kanalizasiya şəbəkəsində 113 qaza baş vermiş, qəzaların hamısı aradan qaldırılmışdır.
      Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 309,3 min manat, ictimai yaşayış binalarına 79,2 min manat, idarə və müəssisələrə 83,8 min manat, kommersiya obyektlərinə 12,3 min manat və fərdi təsərrüfatlara 5,5 min manat cəmi 490,1 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
     Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC  tərəfindən rayon ərazisində il ərzində 1.812,9 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.Tikinti-təmir işlərinə başlanmışdır.
        Qəbələ Telekommunikasiya qovşağı 2021-ci ildə 1.764,7 min manat rabitə xidməti göstərmişdir. İl ərzində şəhər və kənd əhalisinə 347 ədəd telefon çəkilmiş, rayon üzrə ümumi abonent sayı 12.720 nömrəyə çatdırılmışdır. 1.193 ədəd internet qoşulması verilmişdir. Hazırda genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 9.160 nəfər təşkil edir. Telefon və internet xidmətinin keyfiyyətinin yüsəldilməsi üçün şəhər və kənd telefon şəbəkəsində 2.500  metr müxtəlif kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Mərkəzi EATS-də 1, Zarağan,  Böyük Pirəli, Tikanlı və Mıxlıqovaq kənd EATS-nin hər birində 1  akkumulyator batareyası quraşdırılmışdır. Tövlə kəndində əhaliyə göstərilən telefon və internet xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün 1 ədəd 128 nömrəlik müasir tipli ONU/MSAN avadanlığı quraşdırılmışdır.
      “Azərpoçt” MMC-nin Qəbələ filialı 363,5 min manata qarşı 335,6 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 27,9 min manat kəsrlə 92,3 % yerinə yetirmişdir.
      Dövlər Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialında  01 yanvar 2022-ci il  vəziyyətinə 10.216 pensiya işi üzrə 10.264  nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə orta aylıq pensiya məbləği  2.815,9 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 275,64 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 7.650 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.047 ədəd sosial müavinət 2.603 ədəd təqaüd işi vardır. 01.01.2022-ci il tarixə rayon üzrə 155 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. Cari il ərzində 35 nəfər vətən müharibəsi şəhidinin ailə üzvlərinə 500 manat məbləğində təqaüd təyin olunmuşdur. 01.10.2020-ci il tarixdən başlayaraq pensiya, müavinət və təqaüdlərin, həmçinin aparatın saxlanılması xərclərinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən, filial tərəfindən maliyyələşmə aparılmamışdır.
        Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 969 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 632 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir.  3020 kub/metr daş beton bəndi, 260 kub metr qabion bəndi, 48 kub metr şax-daş bəndi, 35 ədəd hidrotexniki qurğular təmir edilmişdir.
        Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsi təmin edilmiş, satınalmalar üzrə tender keçirilmiş hazırda müvafiq sənədləşmə işləri aparılır.
        Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  30 iyul 2020-ci il sərəncamına əsasən isə rayonun 10 yaşayış məntəqəsində (Siləyli, Bayramkoxalı, Hacıalılı, Soltannuxa, Mollaşıxalı, Daşca, Abrıx, Sırt Yengicə, Yenikənd və Uludaş kəndlərində) subartezian quyularında qazma işləri yekunlaşmış, hazırda işləyirlər.
        Bundan əlavə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  06.09.2021-ci il sərəncamına əsasən  investisiya xərclərindən  rayonda 4 ədəd (Böyük Əmili, Həzrə, İmamlı və Nohurqışlaq kəndlərində) subartezian quyusunun qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 280 min manat ayrılmışdır.
      Azərbaycan Respublikası Prezidentinin 28.10.2019-cu il tarixli Sərəncamına  əsasən Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni  yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri dövlər ekspertizasından keçirilmiş, satınalmalar üzrə tender keçirilmişdir. Maliyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanacaqdır.
     43 km uzunluqda birxətli Ləki-Qəbələ dəmir yolunun tikintisi başa çatmışdır.   
     Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sifarişi ilə Qəbələ şəhərinin Musa Məmmədov, Əhməd Cavad, Osman Sadiqov, Məhəmməd Əzizli, Kərim Kərimov küçələrində və Ümnisə Musabəyova küçəsində 1, Heydər Əliyev  prospektində 6 dalanda 4.361 m uzunluqda yola 24.552 kvm asfalt örtük döşənmişdir.
Bununla yanaşı Qəbələ bələdiyyəsinin sifarişi ilə Qəbələ şəhərinin Nəsimi, Məhəmməd Hadi, Babək, Afiyəddin Cəlilov küçələrində 1.343 m uzunluqda yola 6.718 kvm asfalt örtük döşənmişdir.
Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sifarişi ilə Qəbələ şəhərinin Muxtar Abduyev küçəsi, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı ünvanlarda yerləşən hər biri iki mərtəbəli, bir girişli, dörd mənzilli “kotej” tipli 8 ədəd və H.Əliyev prospekti 28 və 30 saylı ünvanlarda hər biri iki mərtəbəli, 3 girişli, 16 mənzilli 2 ədəd yaşayış binalarının fasadlarında, giriş və pilləkən qəfəslərində və həyətlərində təmir və abadlıq işləri, eləcə də Qəbələ şəhərinin 28 may küçəsinin 1.270 m hissəində piyada yollarının tikilməsi və küçənin işıqlandırılması işləri aparılmışdır.
Qəbələ şəhəri 28 may küçəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilmiş 26 uşaq yerlik “Uşaq bərpa mərkəzi” istifadəyə verilmişdir. “Bakı abadlıq” MMC-nin sifarişi ilə Qəbələ şəhərinin 110 küçəsində işıqlandırma işləri aparılır. 25 küçədə işıqlandırma işləri tam başa çatmışdır. Qalan küçələrdə işıqlandırma işləri davam etdirilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən 160 çarpayılıq Xəstəxana kompleksində, Təhsil Nazirliyinin sifarişşi ilə inşa edilən Zarağan kənd 526 şagird yerlik tam orta məktəb binasında, Heydər Əliyev fondunun sifarişi ilə Nic qəsəbə 1 saylı tam orta məktəb binasında və Azərişıq ASC-nin sifarişi ilə 10/110/10 kv-luq “Hacıalılı” yarımstansiyasında “yenidənqurma və intensiv tədris idarəetmə mərkəzi”nin tikintisində işlər davam etdirilir.

     Qəbələ rayon ümumtəhsil məktəblərində 2021-2022-ci tədris ilində (2021-ci il)  şagirdlərin sayı - 17985 nəfər olmuşdur. 

Müvəfəqiyyət göstəricisi  -  99.8 %

Keyfiyyət göstəricisi- 61 %.
Qəbələ rayon Təhsil Şöbəsi rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır. Belə ki, 2021-2022-ci tədris ilinin nəticələrinə görə məktəbi bitirən 1055 nəfər məzundan 668 nəfəri ali məktəblərə sənəd vermiş, 500 nəfəri ali məktəbə qəbul olmuşdur. Onlardan 99 nəfəri 500-dən, 34 nəfəri 600-dən , 10 nəfəri isə 650-dən yuxarı bal toplamışlar. Bir nəfər məzun qızıl, iki nəfər isə gümüş medal qazanmışdır.
Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanları əvvəlki illərdən fərqli olaraq  iki mərhələdə yox, bir mərhələdə aparılmışdır. 03 iyun 2021-ci il tarixində 7 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1502 şagird  iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında 1055 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 270-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. 2021-cu ilin 31 may və  03  iyun  tarixlərində Bakı  şəhərində keçirilən fənn olimpiadalarının respublika turunda iştirak edən səkkiz nəfər rayon məktəblilərindən yeddi şagird (2 şagird ikinci yeri və 5 şagird üçüncü yer) qalib olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat“ müsabiqəsində Qəbələ şəhər 2 saylı tam orta məktəbin X sinif  şagirdi  Qəribli Nərmin Mübariz qızı III yeri, “Biz  zəfər qazandıq “  respublika onlayn  rəsm müsabiqə sərgisində isə  Qəbələ şəhər 3 saylı tam orta məktəbin III sinif şagirdi Quliyev Yusif  Zakir oğlu I yeri tutmuş və onların hər ikisi  Təhsil nazirliyi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışlar. 
           Qəbələ rayon mədəniyyət müəssisələrində 2021-ci il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronovirus  (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə təyin etdiyi qaydalara uyğun olaraq keçirilmişdir.
           Qəbələ RMX PHŞ-da  2021-ci il ərzində xəstələrin sayı 1747 nəfər, cərrahi əməliyyatların sayı 251, onlardan təcili  65 , planlı  186,  keysəriyyə  əməliyyatı  112  olmuşdur. Bu müddət ərzində 908 doğuş baş vermiş, ev doğuşu olmamışdır. Körpə ölümünün sayı (0-1 yaş) 1, 1-5 yaş uşaq ölümü 3,  ölü doğulan 6,  erkən  neonatal  ölüm  olmamışdır.
           2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda əhalinin vaksinasiya prosesi başlanılmışdır. Vaksinasiya prosesinə başlanılması ilə əlaqədar mərkəzi rayon xəstəxanasında bütün hazırlıq işləri görülmüş ayrılmış otaqlar zəruri avadanlıqlarla təchiz edilmiş, tibb işçiləri təlimatlandırılmış və əhali arasında təbliğat işləri aparılmışdır. 19 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək Qəbələ rayonu üzrə əhalinin 59110 nəfəri (76.8 %) vaksinasiya edilib ki, onlardan 55143 nəfərinə hər iki doza vurulub. 15 Sentyabr tarixdən isə vaksinasiyanın gücləndirici dozası olan “Booster” dozasının tətbiqinə başlanılmışdır. 1 yanvar 2022-ci il tarixədək 21532 nəfərə vaksinasiyanın gücləndrici dozası olan “ Booster” dozası tətbiq edilmişdir.
           Qəbələ Müalicə Diaqnostika Mərkəzinin Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 69151 nəfər, EKQ müayinələrinin sayı 9795, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 1017 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 744 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 727, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 10262, kompüter tomoqrafik müayinələrin sayı 339, rentgen müayinələrin sayı 24283, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 12636 olmuşdur. Kliniki laboratoriyada 9130 xəstədə 174061 növ müayinə aparılmışdır
       Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2021-ci il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 892 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 890 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 2067 peyvənd, Polimelitə qarşı 4465 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1122 peyvənd, Pk 2569, İPV 850, HİB 2850, doğumun 4-7 günlərində 928 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
         Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 42 tədbir keçirilmişdir. Bunlardan 25 tədbir gənclərlə iş sahəsini, 17 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.
Hesabat dövrü ərzində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə bir sıra nailiyyətlər əldə olunmuşdur. Stongmen idman növü üzrə keçirilən ölkə turnirində Sənan Şükürov birinci yeri, Budo döyüş növləri üzrə Silahlı Qüvvələrin respublika turnirində Nurməhəmməd Sadıqov və Rəhman Əsgərov I yeri, Cəsur Xurşudov II yeri, Ariz Ağayev və İlkin Tahirov III yerii,  yeniyetmələrin cüdo üzrə Azərbaycan birinciliyində Tamerlan Cabbarov I yeri, gənclərin Azərbaycan birinciliyində Bəşirova Gülşən I yeri, Rəşidov Murad III yeri, Reqbi idman növü üzrə keçirilən Respublika birinciliyində Qəbələ rayon komandası I yeri, Budo döyüş növləri üzrə yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən ölkə birinciliyi və çempionatında Sadıqov Nurməhəmməd, Tahirov İlkin, Xurşudov Cəsur I yeri, Əsgərov Rəhman, Ağayev Ariz II yeri, Serbiyada keçirilən Dünya Məktəblilərinin idman Oyunlarında Eyvazlı Hüseyn III yeri, “ Zəfər günü”nə həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən Respublika çempionatının zona yarışında Qəbələ komandası II yeri, MMA üzrə keçirilən Göygöl Turnirində Səmədov Fərda I yeri, Ağayev Ariz, Xurşudov Cəsur II yeri, Strongmen və Strict curl idman növü üzrə keçirilən Respublika kubokunda Sənan şükürov I yeri, Reqbi-7 idman növü üzrə keçirilən Respublika birinciliyində Qəbələ rayon komandası III yeri, Cüdo idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan kubokunda Yusifov İmran I yeri tutmuşlar.
        “Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2021-ci ildə idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 984 nəfər istifadə edmişdir.
         Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2021-ci tədris ilində 676 nəfər tələbə dərsə başlamışdır. Tədris ilini bitirən məzunların sayı 426 nəfər, keçid qruplarında tələbələrin sayı 179 nəfər olmuşdur. İlk dəfə Mərkəzi tam orta təhsil almaqla 54 tələbə bitirmişdir.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2021-cu il ərzində 12 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
         Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ,  loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.

2021-ci il ərzində rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinə operativ şəkildə baxılması təmin edilmişdir. Bu dövrdə rayon icra hakimiyyətinə ümumilikdə 1346 ərizə, o cümlədən rayon icra hakimiyyətində baxılmaq üçün 416 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 17 ərizə Milli Məclisdən, 22 ərizə Nazirlər Kabinetindən, 48 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 843 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.
Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən mənzillə təminat, müalicəyə göndərilmə, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s .barədə olmuşdur. Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir.

Qeyd: Bölmədə olan məlumatlar yenilənir.

Keçidlər