Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəbələnd" əyləncə mərkəzi

Qəbələnd – Qəbələdə əyləncə və təbiətin təntənəsi

Qəbələndin ecaskar dünyasına daxil olun. Burada ürəyinizcə olacaq əyləncə var, sevinc hissləri isə bir anlıq da olsun tükənmir. Uşaqlar və böyüklər üçün qurulmuş parlaq attraksionlar, müxtəlif maraqlı tədbirlərlə dolu olan Azərbaycanın ən tanınmış əyləncə parkına gəlin. Qəbələnd – ailəvi istirahət üçün əla məkandır. Biz il boyunca fasiləsiz çalışırıq.

Qəbələnd – Azərbaycanın bir nömrəli əyləncə parkı və Qəbələnin ən ürəkaçan və möhtəşəm əyləncə məkanıdır. Qafqaz regionunda ən qabaqcıl park olaraq Qəbələnd Sizin qarşınıza heyran doğurucu attraksionları, ailəniz üçün tükənməyən sevinc hissləri və Gabala Resort kimi fantastik otel ilə çıxır. Parkdakı dükanda isə yerli ustaların məharətlə düzəltdiyi milli suvenirləri əldə edə bilərsiniz.

Rahat və əlverişli dayanacaq yeri, dağlara füsunkar görünüş, ən təmiz hava, restoran və kafelərdə dadlı yeməklər, ətirli güllərlə dolu gözəl bağ – bunların hamısı 16 hektar ərazisi olan Qəbələnddə Sizin yolunuzu gözləyir.

İcazə verin Sizi və ailənizi Qəbələnd İstirahət Parkında layiqincə əyləndirək.

Əlaqə: 050 290 01 32

 QİYMƏTLƏR BİR NƏFƏR ÜÇÜN:


Keçidlər