Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Turizm və otelçilik üzrə peşə tədris mərkəzi

Azərbaycan  Respublikasının Nazirlər   Kobinetinin   14  oktyabr   2008-ci  il  tarixli 241 N-li  qərarına  əsasən   Qəbələ  rayonunda  Qəbələ  Turizm  və   Otelçilik  üzrə Peşə Tədris   Mərkəzi yaradılmışdır . Tədris    Mərkəzinin   Nizamnaməsi   və  Tədbirlər    Planı hazırlanaraq icra  üçün  təsdiq  edilmişdir .  Tədris Mərkəzində    47   nəfər    fəaliyyət  göstərir. Bunlardan   9   nəfərİstehsalat   təlim ustası 7 nəfər müəllim , hərbi rəhbər, bədən  tərbiyə  rəhbəri,   tərbiyəçi    müəllim ,  kitabxana işçisi   və   26  nəfər  qeyri  pedaqoji   iş  sahəsində  çalışır . Tədris  Mərkəzinin  pedaqoji sahəsində işləyən hər bir işçi öz işini günün tələbləri səviyyəsində qurmaq həvəsindədir.

Ölkə    Prezdenti   cənab   İlham Əliyev  " Azərbaycan  Respublikasında   Texniki-peşə təhsilinin  inkişafı   üzrə   Dövlət   proqramından  (2007-2012-ci illər)" imzaladıqdan sonra bu sahəyə dövlət qayğısının  artması  önplana  çəkildi.  Dövlət   Proqramında  irəli  gələn müddəaları    əsas   tutaraq   mərkəzimiz   əmək  bazarının  işə   götürənlərin  tələbləri və regionun inkişaf xüsusiyyətlərini nəzərə alaraq işini qurur.

Tədris   Mərkəzinin   nəzdində   müasir   tələblərə  cavab verən 3 mərtəbəli  tədris korpusu , oğlanlar   və  qızlar   üçün  2   mərtəbəli    yataqxana , iclas   zalı ,  yeməkxana, laboratoriya , şagirdlərin   istehsalat  təcrübəsi  keçməsi üçün serviz otaqları mövcuddur. Bundan  başqa  mərkəzdə  fəaliyyət  göstərən    emalatxana    modern  avadanlıqları   ilə təmin edilmışdir.

Tədris korpusunun  birinci  mərtəbəsində   serviz   və   bar  otağı,  ət  və balıq təmizləmə  sexi,un məmulatları  hazırlana  biləcək  sex   və  böyük  mətbəx  yerləşir. İkinci  və  üçüncü  mərtəbələrdə  20 - 22  yerlik 19 sinif  otağı,kitabxana, müəllimlər  otağı və fənn  kobinetləri yerləşir.Tədris  mərkəzimiz 22 ədəd  kompyuterlə təmin  olunmuşdur. Kompyuter avadanlıqlarından mərkəzin şagirdləri   bilik   və  bacarıqlarını  artırmaq  üçün maksimum    səviyyədə    istifadə    edirlər.   Mərkəzin    2.58     hektar    torpaq     sahəsi mövcuddur.    Ərazinin  1.85 hektar sahəsi   yaşıllıqdır.  Əlavə   tikililərdən  10  çarpayılıq tibb  məntəqəsi , iki  qazanlı   istilik  sistemi  qazanxanası, artezian quyusu və 400 KVA-lıq transformator   yarimstansiyası  vardır.


QəbələTurizm və Otelçilik üzrə PeşəTədris Mərkəzi Təhsil  Nazirliyinin  2009-2010- cu   ilə   aid  şagird  qəbulu  planı   əsasında fəaliyyətə  başlamışdır.Qəbul planına uyğun olaraq  şagirdlər   əsas   təhsil  bazasından 45-nəfər barmen-bufetçi,ofisiant peşələrində təhsil   alırlar.  90  nəfər  şagird  6   qrupa   bölünmüşdür.  Mərkəzdə  qonşu rayonlardan şagirdlər də   seçdikləri   peşələr  üzrə   təhsil  alırlar. Yatqxanaya  ehtiyacı olan şagirdlər yataqla təmin olunmuşdur. 2010  - 2011-ci  il  tədris ilində   mərkəzə   120   nəfər   qəbul edilmişdir.  Hal-hazırda mərkəzdə 160 nəfər şagird təhsil alır.Yeni ixtisaslar mehmanxana  inzibatçısı və mühasib-fərdi kompyuter  operatoru  üzrə 2  qrup  fəaliyyət  göstərir.

Tədris mərkəzində  işləyən  istehsalat  təlim  ustaları , ixtisas  müəllimləri  və  fənn  müəllimləri ali təhsilli kadrlardır.Əsas vəzifəmiz  gənclərin  hərtərəfli  inkişafını   təmin   etməklə   yanaşı,onlara mükəmməl peşə hazırliğını, servis  xidmətini  öyrətməkdən   ibarətdir.Bu baxımdan mərkəzin mühəndis-pedaqoji kollektivinin  fəaliyyəti  təqdirə  layiqdir. Mərkəzimiz müasir   tədris   ocağı  kimi nəfis tərtibata malikdir.Foyedə Ulu öndərimiz, ümummilli lider  Heydər  Əliyevin həyat və fəaliyyətini əks etdirən güşə hazırlanmışdır. Mərkəzin   kitabxanası  Təhsil Nazirliyi tərəfindən ayrılmış kitablarla təhciz edilmişdir. Şagirdlərimizin adsudə vaxtının təşkili də həmişə diqqətimizdədir.


Şagirdlər   istehsalat    təlimi   günləri   çox   səmərəli  keçirilir. Onlar mərkəzin  emalatxanasında   öz   ixtisaslarına    uyğun  işləyirlər. Aşpaz-qənnadçı peşəsi üzrə təhsil alanlar   müxtəlif   yeməklər, şirniyyatlar  hazırlayır ,barmen - bufetçi,ofisiant  ixtisası  üzrə oxuyanlar   isə   müxtəlif   çeşidli   içkilər   hazırlayır,  serviz xidməti üzrə biliklərini nümayiş etdirirlər . 

Rayonumuzda   fəaliyyət   göstərən " Qafqaz   Resort "   hotel - in   əməkdaşları daima tədris mərkəzi ilə  əlaqə   saxlayırlar.  Bundan  əlavə şagirdlərimiz istehsalat   təlimi günlərində   rayonda    fəaliyyət   göstərən   istirahət  mərkəzlərinə  ,otellərə təcrübələrini artırmaq üçün yollanırlar. Tədris Mərkəzinin pedaqoji kollektivi çalışır ki,Turizm Otelçilik  sahəsində   kadrların hazırlanmasında   müasir   tələblərə   cavab verən formada işini qursun.Ölkəmizdə turizm sektorunun  inkişafını   nəzərə  alaraq yeni dərs ilində tədris mərkəzində bu sahəni əhatə edən   ixtisaslar  üzrə   qrupların   açılması  nəzərdə   tutulmuşdur.


Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində  yüksək səviyyəli xidmət persionalının hazırlanması üçün barmen,bufetçi -ofisiant peşəsi də tədris olunur.Bu ixtisasın verilməsində məqsəd respublikamızda sürətlə inkişaf edən turizm   infrastrukturu  və  mədəni  xidmət  sahəsi  üçün  yüksək tələblərə cavab verən  barmen,  bufetçi   və  ofisiantların  hazırlanmasıdır.  Barmen, bufetçi, ofisiant  peşəsinə yiyələnən şagirdlərə aşağıdakı ixtisas dərsləri də tədris olunur.


- Müştəriyə xidmətin təşkili
- Qəlyanaltıların kulinar xarakteristikası
- Bar və bufet avadanlığı
- Qida fiziologiyası
- İçkilərin hazırlanma texnologiyası


Bu ixtisasa yiyələnən şagirdlər nəzəri dərslərdə öyrəndiklərini praktiki  dərslərdə tətbiq edir və dərinləşdirirlər.Tədris mərkəzində hazırlanan və müasir standartlara cavab verən barmen-bufetçi,ofisiantlar dünyada və Azərbaycanda tətbiq olunan xidmət üsulu  və qaydalarını,o cümlədən istifadə olunan qab-qacağın növlərini və təyinatını menyunun və şərab kartlarının tərtib olunma üsullarını qonaqların qarşılanması, sifarişlərin alınması,  masaların hazırlanması ,yeməklərin xüsusiyyətlərini, içkilərin növlərini və xüsusiyyətlərini, müxtəlif növ kakteyllərin hazırlanmasını qaydalarını bilməlidir.


Aşpaz qənnadçı-Bu ixtisası tədris etməkdə məqsəd ölkədə turizmin inkişafı ilə əlaqədar milli və dünya kulinariyyasını bilən, eləcə də əhaliyə yüksək xidmət göstərmək üçün isti və soyuq yeməklərin, içkilərin kulinarvə qənnadı məhsulların, yarımfabrikatların istehsalını bilən sənətkarları yetişdirməkdir.
    Bu məqsədə nail olmaq üçün aşağıdakı ixtisas dərsləri tədris olunur

  • Xüsusi texnalogiya
  • Ərzaq mallarının əmtəəşurnaslığı
  • İctimai-iaşə müəssələrinin avadanlıqları
  • Qida fizialogiyası
  • Kalkluyator və uçot
  • İngilis dili
  • Fiziki tərbiyə
  • GÇH
  • Estetika
  • İnformatika
  • İKT
  • Elektrotexnika
  • Azərbaycan qanununun əsasları
  • Əməyin mühafizəsi

"Mühasib-fərdi kompyuter" ixtisasının verilməsində məqsəd şagirdlərə dünya iqtisadiyyatında baş   verən dəyişiklikləri   daha  geniş şəkildə öyrətmək, ölkə iqtisadiyyatının inkişafında onun tutduğu mövqeyini aşılamaqdan ibarətdir. Bu ixtisası öyrənən şagirdlərə aşağıdakı ixtisas fənləri tədris olunur.

  • Təsərüffat fəaliyyətinin təşkili
  • Statistikanın əsasları
  • Kalkulyasiya və uçot
  • Maliyyə və kredit
  • Mühasibat uçotu
  • İnformatika
  • Kompyuter texnalogiyasının əsasları
  • Sistem proqram təminatı
  • Tətbiqi proqramlar

              "Mühasib-fərdi kompyuter operatoru"  ixtisasını  bitirən  şagirdlər  aşağıdakı biliklərə yiyələnməlidirlər.  

  •       Bilməlidirlər:
  •       Nəzəri bilikləri o cümlədən müxtəlif mühasibat hesablarının, maliyyə əməliyyatlarının
  •      aparılmasına dair məlumatları .
  •      Mühasibat hesabatlarına dair məlumatları təsərrüfat balansının doldurulması qaydasını
  •       Kompyuter- informasiya komunikasiya     avadanlıqlarının     mühasibatlıq sahəsində
  •       tətbiqini.
  •       Dünya iqtisadiyyatında baş verən dəyişiklikləri informasiya komunikasiya texnalogi-
  •       yalarının köməyi ilə öyrənmək
  •       Bacarmalıdırlar: 
  •       Praktiki işləri o cümlədən müəssələrdə əsas vəsaitlər və az qiymətli tez köhnələn    
  •       əşyaların uçotunun aparılmasını.

      Maliyyə planının tərtib olunmasını statistikməlumatların toplanması və verilməsini
   
     Mehmanxana inzibatçısı-Tədris Mərkəzində tədris olunan ixtisaslardan biri də "Mehmanxana inzibatçısı" ixtisasıdır.Qəbələdə turizmin inkişafı baxımından bu ixtisasa
çox böyük tələb vardır.Burada mehmanxanalar üçün yüksək səviyyəli resepsionistlər hazırlanır.Şagirdlərə ixtisaslarına uyğun aşağıdakı fənnlər tədris olunur.

 

  • Təsərrüfat fəaliyyətinin təhlili
  • Hesablama və haqq-hesab işi
  • Müştərilərə xidmətin təşkili
  • Elektrotexnika
  • İnformatika
  • İKT proqramları
  • İngilis dili
  • GÇH
  • Fiziki tərbiyə
  • Estetika
  • Əməyin mühafizəsi
  • Bazar iqtisadiyyatı və sahibkarlığın əsasları

            Bu ixtisasa yiyələnən şagirdlər bacarmalıdırlar:

  •  Qonaqları yüksək səviyyədə qarşılamaq
  •  Sifarişləri qəbul etmək
  •  Nömrələrin bronlaşdırılmasını və müştərilərə təqdim olunmasını təşkil etmək
  •  Meydana çıxan anlaşılmazlıqları həll etmək və ya həll edilməsi üçün müştəriləri istiqamətləndirmək
  •  Müştərilərlə ünsiyyət qurmaq və onların bütün təklif və iradlarını dinləmək
Keçidlər