Şriftin ölçüsü :

Saytın rəngi :

"Qafqaz Garden" otel

"Qafqaz Garden" Hotel

Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən bu 5 ulduzlu otel şəhər mərkəzindən bir neçə dəqiqəlik məsafədə, müxtəlif idman obyektlərinin cəmləşdiyi ərazidə yerləşir. Bakı şəhərindən 215 km, Qəbələ Aeroportundan isə 25 km məsafədədir. Çağdaş və klassik memarlıq nümunələrini özündə cəmləşdirən "Qafqaz Garden Hotel" bütün müasir standardlara cavab verən 21 ədəd kotec və otel binasında yerləşən 96 ədəd nömrədən ibarətdir.

Otaqlar:

82 ədəd superior, 13 ədəd junior suite,

1 ədəd kral suite

Koteclər:

4 ədəd 1 otaqli kotec, 12 ədəd 2 otaqli kotec, 5 ədəd 3 otaqli kotec.

"Qafqaz Garden Hotel"i seçməkdə məqsədiniz ailəvi istirahət, toy tədbiri, əyləncə, və yaxud da iş toplantıları ola bilər. Ziyarətinizin səbəbindən asılı olmayaraq otelimiz yüksək səviyyədə ixtisaslaşmış işci heyyəti və bütün xidmətləri ilə sizin hər cür istirahət ehtiyaclarınızı təmin etməkdən məmnun olacaq.

Otaqlar

Superior

Müasir tərzdə dizayn olunmuş superior otaqlarda qonaqlarin tam şəkildə istirahəti üçün peyk antennalı TV, fərdi nəzarət olunan havalandırma sistemi, safe qutusu, fen, WI-FI, mini bar və 24 saat otaq xidməti var.

Junior suit

Junior suitlərimiz bir yataq və bir oturma otağı olmaqla 80 m2 –dir. Bütün junior suitlərdə peyk antennalı TV, fərdi nəzarət olnunan havalandırma sistemi, seyf qutusu, hamam otaqlarında cakuzi, fen, WI-FI, mini bar və 24 saat otaq xidmətləri var.

King Suite

Müasir standardlara cavab verən kral otagında qonaqların rahatlıqla istirahəti üçün bütün şərait yaradılmışdır. 250 m2 ibarət olan kral otağında qonaqlar üçün xüsusi xidmətçi, VİP dəsti, peyk antennalı TV, birbaşa telefon və fax xətti, fərdi nəzarət olunan havalandırma sistemi, Wi-Fi, sauna, jacuzzi, fen, seyf qutusu var.

Koteclər

Müasir standardlarda inşa olunmuş koteclərdə qonaqların tam istirahəti üçün bütün şərait yaradılıb.Bütün koteclərdə peyk antennalı TV, fərdi nəzarət olunan havalandırma sistemi, seyf qutusu, mini bar, fen, WI-Fİ və 24 saat otaq xidməti var.

1 yataqotaqlı koteclər 1 qonaq otağı, 1 yataq otağı, 1 hamam otağı və balkon olmaqla 100 m 2-dən ibarətdir.

2 yataqotaqlı koteclər 1 qonaq otağı, 2 yataq otağı, 2 hamam otağı və balkon olmaqla 130 m²-dən ibarətdir. 

3 yataqotaqlı koteclər 1 qonaq otağı, 3 yataq otağı, 3 hamam otağı və balkon olmaqla 165 m²- dən ibarətdir.

Restoranlar

Firuzə Restoranı

Zəngin açıq bufet səhər yeməyimizlə günə gümrah başlamağınızı təmin etmək üçün xidmətinizdədir.

Safir A La Carte Restoranı

Xoş bir mühitdə həm ailəniz həm də iş yoldaşlarınızla canlı musiqi müşayiətində milli və beynəlxalq mətbəxin ləziz təamlarının təklif edir.

Mirvari Restoranı

Konfranslar,seminarlar,distribyutor iclasları, qala yeməkləri və toyların təşkil edilməsi üçün Mirvari Restoranı ideal məkandır.

 Barlar

Yaqut Lobi Bar

24 saat xidmət göstərən Yaqut Barda içkilərinizi qurtumlarkən ləzzətli sendviç və tort çeşidlərini dada biləcəksiniz.

Almaz Bar

Otelin sakit və gizli guşəsində geniş çeşidli ekzotik kokteyllər və seçilmiş Kuba siqarlarının müşayiəti ilə zövqlü vaxt keçirəcəksiniz.

Akvamarin Bar

Açık hovuzumuzda günəş və əyləncədən ləziz kokteyl və aperitivlərinizi dadaraq zövq alacaqsınız.

Vitamin Bar və Mərcan Bar

SPA mərkəzində şəfalı bitki çayları və təzəcə sıxılmış meyvə şirələri sizə əlavə güc qazandıracaqdır.

Konfrans zalı

İclas və konfrans xidmətləri

Qafqaz Garden Hotel sizin konfrans və iclas kimi tədbirləriniz üçün lazımi bütün imkanları təklif edir. Oteldə 1 ədəd 250 nəfərlik böyük zal və 1 ədəd 14 nəfərlik iclas otağı mövcuddur. Qafqaz Sport Hotel heyəti sizin bütün tədbirlərinizi peşəkarca təşkil edəcəkdir.

Xidmətlər  yemə-içmə xidmətləri

Restoranlar: açıq bufet səhər yeməyi və gec səhər yeməyi Firuzə səhər yeməyi salonunda verilir. Nahar və şam yeməyi milli və beynəlmiləl mətbəxin müxtəlif təamlarının təklif edildiyi, özəl Sapfir a la carte restoranında verilir. Qala tədbirlər üçün xüsusi olaraq Mirvari Restoranımız fəaliyyət göstərir.Restoranın VİP zalı mövcuddur.

Toylar

Qafqaz Garden Hotel hər bir cütlüyə xəyallarındakı toy mərasimini yaşama imkanı verir. Büdcənizə uyğun menyular və fərdi xidmət ilə Qafqaz Sport Hoteldə unudulmaz toy mərasimləri keçirəcəksiniz.

  • Dəvətnamə və toy şirniyyatı

  • Dekorasiya və bəzək

  • Musiqi konsepti, ilk rəqs

  • Birinci sinif aşbazın toy tortu

  • Fotoqraf, maşın icarəsi və saç ustası xidməti

İstəsəniz, Qafqaz Garden Hoteldə xəyallarınızdakı sehirli nağılı öz seçimlərinizə görə yarada bilərsiniz

SPA və sağlamliq mərkəzi

Yanında uşaq hovuzu olan açq hovuz və örtülü hovuz, mövcuddur. Günəş yataqları, matraslar, dəsmallar, duşlar və soyunub- geyinmə kabinləri pulsuzdur.

Gözəllik salonu, türk hamamı, sauna, buxar hamamı, fitnes zalı və masaj otaqları sizlərə sağlamlığınızı bərpa etməyə və canlanmağınıza kömək edəcək.

Fəaliyyətlər

Otelimizin yaxınlığında yerləşən Qafqaz Resort Hotel-də Xəzər gecə klubu, kinozal, boulinq zalı, tennis kortu, at sürmə, kvadratsikl, seqvey, peyntbol fəaliyyətləri ilə yanaşı Qəbələnd Gənclik Mərkəzində (Luna Park) böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş atraksionlarla sizin əylənmənizə xidmət edir.

Spa və sağlamlıq mərkəzi

Otelimizdə olan SPA mərkəzi əsl rahatlama vahəsidir.Bənzərsiz və zərif dekorasiyaya malik müxtəlif masaj otaqları, sauna, türk hamamı, bərbər, gözəllik salonu idman zalı və vitamin barı ilə xidmət göstərir.

Masajlar

SPA və Sağlamlıq mərkəzindəki peşəkar masajçılarımız qonaqlarımıza müxtəlif masaj xidmətləri göstərməkdədir.

Fitnes Zalı

Müxtəlif idman alətləri ilə peşəkar idman məşqçisi nəzarətində xidmət göstəririk.

Qiymətlər

1 iyun tarixdən 30 sentyabr tarixədək

Otaq Növü

Standart adam sayı

Otaq qiyməti

Əlavə qonaq üçün qiymət

Superior otaq

1 nəfər

90 AZN

30 AZN

Junior Suite

2 nəfər

150 AZN

30 AZN

King Suite

2 nəfər

900 AZN

90 AZN

Koteclər

Otaq Növü

Standart adam sayı

Otaq qiyməti

Əlavə qonaq üçün qiymət

1 Otaqlı Kotec

2 nəfər

160 AZN

30 AZN

2 Otaqlı Kotec

4 nəfər

220 AZN

30 AZN

3 Otaqlı Kotec

6 nəfər

280 AZN

30 AZN

Qeydlər:

* Qiymətlərə ƏDV daxildir

* 0-7 yaşlı uşaqlar - pulsuz

*7-12 yaşlı uşaqlar üçün əlavə qonaq qiymətinin 50%-i

*Qiymətlərə yataq və açıq bufet səhər yeməyi daxildir

*Qiymətlərə Sağlamlıq Klubu xidmətləri (türk hamamı, sauna,buxar hamamı, açıq və qapalı hovuz,idman zalı) daxildir.

*Qafqaz Garden Otel xüsusi bəyannamə olmadan bu qiymətləri dəyişdirmək hüququna malikdir

1 oktyabr tarixdən - 31 may tarixədək

Otaq Növü

Standart adam sayı

Otaq qiyməti

Əlavə qonaq üçün qiymət

Superior otaq

1 nəfər

75 AZN

30 AZN

Junior Suite

2 nəfər

135 AZN

30 AZN

King Suite

2 nəfər

800 AZN

80 AZN

Koteclər

Otaq Növü

Standart adam sayı

Otaq qiyməti

Əlavə qonaq üçün qiymət

1 Otaqlı Kotec

2 nəfər

145 AZN

30 AZN

2 Otaqlı Kotec

4 nəfər

190 AZN

30 AZN

3 Otaqlı Kotec

6 nəfər

240 AZN

30 AZN

Qeydlər:

* Qiymətlərə ƏDV daxildir

* 0-7 yaşlı uşaqlar - pulsuz

*7-12 yaşlı uşaqlar üçün əlavə qonaq qiymətinin 50%-i

*Qiymətlərə yataq və açıq bufet səhər yeməyi daxildir

*Qiymətlərə Sağlamlıq Klubu xidmətləri (türk hamamı, sauna,buxar hamamı, açıq və qapalı hovuz,idman zalı) daxildir.

*Qafqaz Garden Otel xüsusi bəyannamə olmadan bu qiymətləri dəyişdirmək hüququna malikdir

Əlaqə

 Qafqaz Garden Hotel

 Ünvan: Qəbələ rayonu

 Tel: +994 24 205 43 50

 Faks: +994 24 205 43 55

 

Keçidlər