Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun nümayəndə heyəti Ukraynada keçirilən “Böyük Rovno. İnvestpotensial” II Beynəxalq biznes-forumda iştirak etmişdir.

28 noyabr 2016 | 16:00

Noyabr ayının 25-26 tarixlərində Ukrayna dövlətinin Rovno Vilayət Administrasiyası başçısının dəvəti ilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyyəti Rovno şəhərində keçirilən “Böyük Rovno. İnvestpotensial” II Beynəxalq biznes-forumunda iştirak etmişdir.
Forum çərçivəsində Rovno şəhər Admistrasiyasında iki tərəfli görüş keçirilmiş və Rovno Vilayət Dövlət Administrasiyasının başçısı Aleksey Mulyarenko ilə keçirilən görüşdə sənaye, mədəniyyət, turizm və digər sahələr üzrə əlaqələrin perspektivləri müzakirə olunmuşdur.
Səfər zamanı nümayəndə heyəti Rovno vilayətinin sənaye obyektləri, istehsal müəssisələri, tarix-mədəniyyət abidələri və turizm potensialı ilə yaxından tanış olmuşlar.

Keçidlər