Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

18 yanvar 2017 | 01:00

“20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü” ilə əlaqədar olaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasında toplantı keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları “20 yanvar faciəsi” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.  Tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov iştirakçılara “20 yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında ətraflı məlumat vermiş, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açmışdır. Qeyd olunmuşdur ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirmiş və bu hakimiyyətə gəldikdən sonra bu faciəyə hüquqi və siyasi qiymət vermişdir.
Daha sonra tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet hərbçiləri tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.

Keçidlər