Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qürur və hünər günü.

20 yanvar 2017 | 01:00

Qəbələ Peşə məktəbində Qanlı yanvar hadisələrinin 27-ci il dönümü ilə əlaqədar  tədbir keçirilmişdir. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış etmiş,  işğalçı sovet ordusunun Bakıya hücumunu əks etdirən video-xronikaya baxılmışdır. Tədbirdə 20 yanvar hadisələrinin Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrdən biri olduğu xatırlanaraq 27 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən söz açılmışdır. Qeyd olunmuşdur ki, həmin müdhiş gecədə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. Diqqətə çatdırılmışdır ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilmədi. Bu hadisələr özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. Qanlı yanvar həm də azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.

Keçidlər