Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Hesabat yığıncağı keçirilmişdir.

24 yanvar 2017 | 16:00

Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 2016-cı ildə görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Qəsəbə sakinlərinin, ziyalılarının və ağsaqqallarının qatıldığı toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov iştirak etmişdir.
Hesabat yığıncağında qəsəbə inzibati ərazi nümayəndəsi İbrahim Məmmədovun hesabat məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında qəsəbə ağsaqqallar qrupunun üzvü Frans Vartanov, YAP-ın qəsəbədəki ilk partiya təşkilatının sədri Rövşən Balıyev, qəsəbə      5 saylı tam orta məktəbin direktoru Venera Antonova, toxumçuluq kəndli-fermer təsərrüfatının rəhbəri Əğalət Baxışov, “Orayın” Udi Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakari, Alban-Udi Dini İcmasının üzvü Rofik Danakari, 4 saylı tam orta məktəbin müəllimi Əvəz Əhmədov və qəsəbə yaradıcılıq evinin direktoru Vitali Koçari çıxış etmişlər.
Hesabat yığıncağını Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov yekunlaşdırmışdır.

Keçidlər