Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının ildönümünü qeyd etmişlər.

13 fevral 2017 | 16:00

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beş illiyi ilə əlaqədar qurumun rayon təşkilatının əməkdaşları peşə bayramlarını qeyd ediblər. Mərasimdə Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, SHXÇDX rayon şöbəsinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib. Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH başçısının birinci müavini Abil Ağasəfov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Abil Ağasəfov çıxışında xidmətin ötən beş il ərzində gördüyü işləri müsbət qiymətləndirib. Qurumun əməkdaşlarına bundan sonra da öz xidməti işlərinə daha məsuliyyətlə yanaşmalarını, dövlətə, Vətənə şərəflə xidmət etmələrini tövsiyə etmişdir. Mərasimdə SHXÇDX-nin rəisi polkovnik leytenant Niyaz Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr kimi, ordu quruculuğunun da uğurla aparıldığını, əsgərlərimizin və zabitlərimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən gənclərdə hərbi-vətənpərvərlik ruhunun aşılanması, onların müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə rayon icra hakimiyyətinin onlara göstərdiyi köməklik nəticəsində əldə edilən nailiyyətlərdən ətraflı bəhs etdi. Tədbirdə Qarabağ Müharibəsi veteranı Rövşən Kərimov, şəhər 2 nömrəli tam orta məktəbib hərbi rəhbəri Rafael Əbdürəhmanov çıxış edərək xidmətin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdilər. Yekunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beş illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi və bu məqsədlə hazırlanmış kitab rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfova təqdim olundu.

Keçidlər