Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ Rayon Təşkilatının ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir.

15 fevral 2017 | 00:00

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının IX konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat seçki yığıncaqları davam etdirilir. Növbəti yığıncaq YAP Qəbələ Rayon Təşkilatının “Gilan” Konserv zavodu ərazi ilk partiya təşkilatında keçirilib. İclasın gündəliyində duran məsələlər barədə ilk partiya təşkilatının sədri Elçin Məmmədov məlumat verərək, öz işlərini partiyanın Nizamnamə və Proqramına uyğun qurduqlarını, verilmiş bütün tapşırıqların uğurla yerinə yetirildiyini bildirdi. O, hesabat məruzəsində qeyd etdi ki, partiyanın ərazi ilk təşkilatı yarandığı 2009- cu ildə, onun sıralarında 25 nəfər partiya üzvü vardırsa, hazırda üzvlərin sayı artaraq 169 nəfərə çatmışdır. İlk təşkilatın uçotunda duran üzvlərin əksəriyyəti gənclərdən ibarətdir, bu da gənclərin partiyamıza olan inamından irəli gəlir.
Eyni zamanda iclasda təşkilatı məsələyə baxılaraq 7 nəfərdən ibarət İdarə heyətinin üzvü seçilmişdir. Məmmədov Elçin İlham oğlu yenidən Gilan Qəbələ Konserv zavodu ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. Zavodun direktoru Süleyman Heydərov, ilk təşkilat sədri Elçin Məmmədov və gənc partiya üzvü Bənövşə Yaqubova YAP Qəbələ rayon təşkilatının IX konfransına nümayəndə seçilmişdirlər.
Tədbirdə iştirak edən YAP Qəbələ Rayon Təşkilatının sədr müavini Elçin Tağıyev çıxış edərək, qeyd etmişdir ki, Ümummilli Liderin dünənin, bugünün və gələcəyin partiyası adlandırdığı hakim Yeni Azərbaycan Partiyası xalqımızın inamını qazanmış bir partiyaya çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyevin rəhbərliyi ilə azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, bu gün ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Natiq bu inkişafın Qəbələnin timsalında daha aydın göründüyünü vurğulamışdır.
Toplantının sonunda ilk partiya təşkilatına yeni seçilən idarə heyətinin üzvləri çıxış edərək onlara göstərilən etimadın öhdəsindən laiqincə gələcəklərini ifadə etmişlər.

Keçidlər