Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı faciəsinin 25-ci ildönümü”nə həsr edilmiş rəsm-sərgi müsabiqəsi keçirilmişdir.

25 fevral 2017 | 01:00

Gənclər və İdman idarəsinin təşkilatçılığı, Qəbələ Dövlət Rəsm Qalareyası və Qəbələ İncəsənət Məktəbinin iştirakı ilə 24 fevral 2017-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun 60-dək yeniyetmə-gənc rəssamı 100-dək rəsm əsəri ilə qatılmışdır. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müsabiqəni giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları salamlamış, Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirildiyini bildirmiş, tədbirin məqsəd və vəzifələri barədə danışmışdır. Daha sonra Qəbələ Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, Qəbələ İncəsənət Məktəbinin direktoru Əhməd Qəndiyev , müsabiqənin münsiflər heyətinin üzvü Müsavər Cavadov çıxış edərək müsabiqəyə təqdim olunmuş əsərlər haqqında məlumat verərək bildirdilər ki, belə rəsm sərgilərinin keçirilməsinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. Bu uşaqların içərisindən gələcəyin böyük rəssamları çıxacaq və onlar bu günü mütləq xatırlayacaqlar. Gənc rəssamlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışlar. Rəsm sərgisinə baxış keçirildikdən sonra qaliblərin mükafatlanma mərasimi olmuşdur. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüş və 4 nəfər fəal iştirakına görə təltif edilmişdir. Rəsm müsabiqəsinin yekunlarına əsasən Günel Şahmuradlı I yer, Zərifə Rəcəbova və Aslan Yəhyazadə II yer, Həsən Məmmədov, Bilal Məmmədov və Səhrab Həsənov III yerə layiq görülmüşlər. Müsabiqədə Cəmilə Daşdıyeva, Aslan Vəliyev, Nicat Yusifov və Rəşidə Mehdiyeva fəal iştiraklarına görə təltif edilmişlər. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər