Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon məktəbliləri Gəncədə sevinclə qarşılanıblar.

24 mart 2017 | 10:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qəbələ rayon məktəblilərindən ibarət  IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər martın 23-də Gəncə şəhərinə gəliblər. Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb. Məktəbliləri Zəfər Tağı önündə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə şəhər incəsənət məktəbinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla anıblar. Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Daha sonra məktəblilər bələdçilərin müşaiyəti ilə tur- Heydər Əliyev Park Kompleksinə və “Qala” Arxeologiya və Etnoqrafiya Muzeyinə baxış keçirmişlər.

Keçidlər