Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya davam edir.

24 mart 2017 | 16:00

Tur-aksiyada iştirak edən Tovuz, Qazax, Göyçay, Daşkəsən, Ağstafa məktəblilərindən ibarət 5 qrupun üzvləri martın 24-də Azərbaycanın dilbər guşələrindən olan Qəbələdə tarixi abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri ilə tanış olublar. Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. 225 məktəblinin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Şagirdlər kanat yolundan istifadə edərək, yüksəklikdən füsunkar təbiət mənzərəsinə baxıb, xatirə şəkili çəkdiriblər.Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan tur-aksiya iştirakçılarına mərkəz barədə məlumat verilmişdir. Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Tur-aksiya iştirakçılarının Qəbələ ilə tanışlığında növbəti ünvan “Beltmann” piano fabriki olub. Diqqətə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir. Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Həmçinin şagirdlər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Şagirdlər Qəbələyə səfərlərinin sonunda “Gilan” qida şəhərciyi, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Yengicə Termal Hotel və SPA”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

Keçidlər