Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda şəhid Sahil Şirinovun xatirəsi anılıb.

06 aprel 2017 | 16:00


Ötən ilin aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi respublikamızın bütün bölgələrində keçirilən anım mərasimləri ilə yad edilir. Aprelin 6-da Qəbələ Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, idarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Sahil Şirinovun xatirəsini ehtiramla anıblar.  Mərasim şəhidin doğulub boya-başa çatdığı rayonun Bum qəsəbəsində təşkil olunub. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, onun məzarı önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından söz açıblar.  Mərasim iştirakçıları tərəfindən Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğu, şəhidlərimizin qanının yerdə qalmayacağı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədikləri qeyd olunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib. Daha sonra ehsan mərasimi təşkil olunub. Mərasimdə iştirak edənlər şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Sahil Şirinovun xatirəsinin Qəbələlilərin qəlbində əbədi yaşayacağını bildiriblər.

 

Keçidlər