Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin IX Respublika zona müsabiqəsinə seçim mərhələsi keçirilib.

17 aprel 2017 | 16:00

Mədəniyyət və Turizm Nazirliyi Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədilə  aprelin 14-də Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində uşaq xor kollektivlərinin IX Respublika zona müsabiqəsinə seçim turu keçirilmişdir. Müsabiqədə Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay, Ucar və Kürdəmir, rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak etmişlər. Xor kollektivləri müxtəlif xarakterli, iki və daha çox səsli əsərlər, o cümlədən bir əsər akapella, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri və xalq mahnıları ifa ediblər. Aprel ayını 30-dək davam edəcək müsabiqədə Azərbaycanın bütün bölgələrindən olan uşaq xor kollektivləri qatılacaqlar.

Zona müsabiqələrinin qalibləri Bakıda keçiriləcək yekun turda iştirak edəcəklər. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom və fəxri fərmanlarla təltif olunacaqlar.

 

https://www.youtube.com/watch?v=N4jF4_CYfD4

Keçidlər