Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ regional “ASAN xidmət” mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

09 may 2017 | 05:00

Qəbələ regional “ASAN xidmət mərkəzində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir təşkil olunmuşdur..
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov, Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev və digər qonaqlar iştirak etmişlər.
İlk olaraq tədbir iştirakçıları mərkəzin foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə çiçək dəstələri düzmüşlər.
Tədbiri öz çıxış nitqi ilə açıq elan edən Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev  qeyd etmişdir ki, YAP Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynamışdır. Bu möhtəşəm proses indi də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır.  Sonra çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevə verolmişdir.
Ülvi Mehdiyev çıxış edərək müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, Ümumilli Lider Heydər Əliyevin əvəzsiz rolunan söz açmış, ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edərək təşkilatın fəaliyyətinə uğurlar arzulamışdır.
Toplantıda Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov, YAP Qəbələ Rayon Təşkilatı aparatının rəhbəri Elçin Tağıyev, Qəbələ “ASAN xidmət” mərkəzinin direktor müavini Murad Kərimov çıxış edərək, YAP-sı sıralarına yeni qəbul edilmiş üzvləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş 30 nəfər Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəziqələri təqdim olunmuşdur.

Keçidlər