Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq incəsənət məktəbi hesabat konsert proqramı ilə çıxış etmişdir.

16 may 2017 | 16:00

Qəbələ  Mədəniyyət Mərkəzində Uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı ilə çıxış etmişdir. Konserti açıq elan edən məktəbin direktoru Əhməd Qəndiyev çıxış edərək tədbirdə iştirak edən bütün qonaqları, valideynləri, müəllimləri və şagirdləri salamlamış, tədris ocağının əldə etdiyi uğurlardan qazanılan nəaliyyətlərdən söz açmışdır. Daha sonra  100-ə yaxın uşaq tar, kamança, qarmon, nağara, piano, skripka, fortepiano və digər çalğı alətlərində bacarıqlarını nümayiş etdirmişlər. Konsertin proqramına uyğun
klassik Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən parçalar ifa edən şagirdlər bu sənət imtahanından uğurla çıxmışlar. Eyni zamanda, balaca musiqiçilər hesabat konsertində Azərbaycan xalq mahnılarını, milli rəqsləri də böyük məharətlə ifa etmişlər.
Nümunəvi çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Konsert proqramından sonra tamaşaçılar Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş incəsənət məktəbi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər.

 

 

Keçidlər