Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən Dünya Kuboku yarışlarının ilk qalibi məlum olub.

09 iyun 2017 | 16:00

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 8-də Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlara start verilib.
Qəbələ rayonunun Bum qəsəbəsində Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda ilk olaraq qadın və kişi idmançılar tüfəngdən 10 metr məsafədə yerləşən hədəfə atəş açmaq yarışında iştirak ediblər.
Kişilərin yarışında Serbiya atıcısı Milutin Stefanoviç qızıl, Çin idmançısı Yunconq Yao gümüş, Macarıstan təmsilçisi İstvan Peni bürünc medal qazanıb. İdmançılara medalları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim edib.
Qeyd edək ki, iyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər. Qəbələyə ən çox atıcı Çindən gəlib. Otuz idmançı ilə yarışlara qatılan Çinlə yanaşı Asiyanın digər ölkələri-Yaponiya, Hindistan, Cənubi Koreya və Tailand komadasının da hər biri Dünya Kuboku yarışlarına 20-dən çox snayperlə qatılıb. Avropa yığmalarından Almaniyanın 21, Rusiya və Polşanın 20 idmançısı mükafatlar uğrunda mübarizə aparır. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı ilə təmsil edir.

Keçidlər