Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Regional “ASAN xidmət” mərkəzində “Rəsm kursları” layihəsinə start verilmişdir.

13 iyun 2017 | 16:00

Qəbələ regIonal “ASAN xidmət” mərkəzində region gənclərinin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və sosial inkişafa təşviq etmək məqsədi ilə hər həftənin şənbə günü saat 15:00-da ödənişsiz olaraq mərkəzin inzibati binasında “Rəsm kursları” layihəsinə start verilmişdir. Fəaliyyətə başlayan kursun ilk günündə gənclərə təsviri sənət olan rəssamlığın müxtəlif janrları haqqında məlumat verilmiş və onların yaradıcılıq, təxəyyül qabiliyyətləri yoxlanılmışdır. İlk növbədə gənclərə başlanğıc olaraq natürmortların eskiz şəklində çəkilməsi izah olunmuşdur. “Rəsm kursları”nın keçirilməsində məqsəd təsviri incəsənət sahəsində ilkin qabiliyyəti olan istedadlı gənclərin təcürbəsini daha da artırmaq, onların asudə vaxtlarını səmərəli keçirmək istiqamətində bu sahəyə marağı olan şəxsləri sövq etməkdir.

 

Keçidlər