Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nohurqışlaq kəndində səyyar görüş-qəbul keçirilmişdir

02 avqust 2017 | 00:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Nohurqışlaq kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir.
Görüşdə rayonnun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Səyyar qəbulda icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonda aparılan geniş quruculuq-abadlıq işlərindən danışaraq, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında danışmışdır. Səbuhi Abdullayev Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini, müdafiə potensialının gücləndiyini qeyd etmiş, rayonun sosial-iqtisadi həyatında baş verən nailiyyətlərdən söz açmış, sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq sahələrində görülmüş əhəmiyyətli işlər haqqında məlumat vermişdir. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olmuşdur. Kənd sakinləri rayonda görülən abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək, göstərilən qaygıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər kəndin ümumi problemləri barədə rayon icra hakimiyyətinin başçısına məlumat vermiş, həlli istiqamətində təkliflər irəli sürmüşlər. RİH başçısı qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və təşkilatların rəbərlərinə zəruri tapşırıqlar vermişdir.

Keçidlər