Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

V Qəbələ Beynəlxalq Mürəbbə Festivalına hazırlıq işləri davam edir.

25 avqust 2017 | 16:00

26 avqust 2017-ci il tarixdə - Qəbələ şəhərində “Qafqaz Karvansaray hotel” in ərazisində, Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Milli Kulinariya Mərkəzinin dəstəyi ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçiriləcəkdir.
Bu il keçiriləcək beşinci yubiley festivalında dünyanın 22 ölkəsindən, (Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malaziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr, Çin və Türkiyə) həmçinin respublikanın 44 şəhər və rayonundan (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Göyçay, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Qax, Şəki, Oğuz, Zaqatala, Balakən, Kürdəmir, İmişli, Beyləqan, Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Yevlax, Zərdab, Ağdaş, Ucar, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar Ağdam Zəngilan, Qubadlı və Füzuli) olan şirniyyatçılar İştirak edəcəklər.

Keçidlər