Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP bu gün regionun ən böyük siyasi təşkilatıdır.

20 oktyabr 2017 | 16:00

Qəbələ şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının IX konfransı keçirilib.Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra konfransın rəsmi hissəsi «Qafqaz-Resort» otelinin iclas zalında davam etdirilib. Konfransda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov iştirak ediblər. Konfrans iştirakçıları partiyanın yaradıcısı, müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin və vəfat etmiş partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq ötən dövr ərzində rayon təşkilatının gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. «Hesabat dövründə YAP Qəbələ rayon təşkilatı ümummilli lider Heydər Əliyevin ideyalarını, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqlərini, partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəaliyyət istiqaməti kimi daim rəhbər tutub» deyən A.Ağasəfov vurğulayıb ki, artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşdirdiyi 700 mindən çox partiya üzvləri ilə birlikdə ölkəmizin siyasi səhnəsində aparıcı mövqeyini möhkəmləndirir. Sonra Nəzarət-təftiş qrupunun sədri Vüqar Hüseynovun hesabatı dinlənilib. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qurucusudur: «Ümummilli Liderin qurucusu olduğu və ölkə Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası bu gün xalq tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Bu gün ölkənin hər yerində olduğu kimi, Qəbələdə də ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Yeni Azərbaycan Partiyasına rayon sakinlərinin inamı olduqca böyükdür.» F.Heydərov YAP-ın yarandığı illərdə ölkədə olan siyasi və iqtisadi böhran nəticəsində yaranan vəziyyətdən söz açaraq hazırda Yeni Azərbaycan Partiyasının respublikada böyük nüfuzunun olduğunu qeyd edib və konfransın işinə uğurlar arzulayıb. Konfransda YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, Ulu Öndər xalqın tələbi ilə ölkə Prezidenti seçildikdən sonra respublikada görülən işlərdən, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin böyük uğurlarından söz açıb. «Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə özünün layiqli töhfələrini verib» deyən V.Rəhimzadə vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxıb. YAP Siyasi Şurasının üzvü qeyd edib ki, nail olduğumuz müstəqillik bu gün ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənib, Azərbaycanın müstəqilliyi əbədilik qazanıb.Konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc mərkəzi kimi cəmiyyətimizdəki mövqeyindən bəhs edib. S.Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə  davam etdirilir. Çıxışında partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirən S.Abdullayev YAP-ın cəmiyyətdə aparıcı rolundan danışaraq Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib: «Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, o cümlədən Qəbələ rayonu tərəqqi dövrünü yaşayır.» YAP Qəbələ rayon təşkilatının Qadınlar Şurasının sədri Arifə Bayramova, rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Ağayev, rayon Otelçilik və Peşə Tədris Mərkəzinin müəllimi Reyhan Məmmədova, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov və başqaları çıxış edərək ötən konfransdan keçən müddətdə YAP  Qəbələ rayon təşkilatı tərəfindən görülən tədbirlər barədə  məlumat  verərək, təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.  Sonra konfransda təşkilatı məsələyə baxılıb. 45 nəfərdən ibarət Şura, 15 nəfərdən ibərət İdarə Heyəti və 7 nəfərdən ibarət Nəzarət-təftiş qrupunun üzvləri seçilib. Abil Adil oğlu Ağasəfov yenidən YAP Qəbələ rayon təşkilatının sədri seçilib. Fəxri Soltanov və Elçin Tağıyev sədrin müavinləri seçiliblər. Konfransın yekununda YAP sıralarına qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Foto qalereya

Keçidlər