Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəhrəmanlıq salnaməsi- 20 Yanvar.

20 yanvar 2018 | 03:00

Rayonun idarə, müəssisə və təşkilatlarında 20 yanvar ümumxalq hüzn günü ilə bağlı silsilə tədbirlər təşkil olunur. Eləcə də təhsil ocaqlarında rəsm, şeir və inşa müsabiqələri, fotostendlər, ədəbi-bədii kompozisiyalar təşkil olunur, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, yeniyetmələrin qan yaddaşının cilalanması istiqamətində digər mövzu tədbirləri həyata keçirilir.
Yanvarın 19-da rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər 20 yanvar şəhidlərinin Azərbaycan tarixinin daş salnaməsinə qanlı hərflərlə yazdıqları qəhrəmanlıq səhifəsinə həsr olunmuşdur. Tədris olunan dərslərdə və keçirilən tədbirlərdə 28 il əvvəl yaşanmış faciə xalqımızın qürur və şərəf günü kimi xarakterizə olunmuş, müstəqilliyini və azadlığını əldə etmək istəyən soydaşlarımızın istiqlal günü kimi qeyd edilmişdir.

Keçidlər