Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər cəmiyyətin fəal qüvvəsidir.

02 fevral 2018 | 16:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsi “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir.
Toplantı iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər qərənfillər qoymuşlar. Daha sonra tədbir Mərkəzinin ekspozisiya zalında davam etmişdir. Tədbirdə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişdir. 
Tədbirin proqramına əsasən Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov giriş sözü ilə tədbiri açaraq qeyd etmişdir ki, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam əqidəyə, yüksək idarəetmə bacarıqlarını özündə cəmləşdirən, müasir düşüncəli gənclər yetişməkdədir. Qeyd olunmuşdur ki, düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən, onun gerçəkləşdirməyə imkan tapmadığı layihələri tamamlayan Prezident İlham Əliyevin ətrafında birləşərək Heydər Əliyev ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər. Sonra Gənclər və İdman idarəsinin rəis müavini Müşviq Abbasov 2017-ci ildə görülən işlər və qarşıda duran məsələlər barədə məruzə edərək bayram münasibətilə gəncləri təbrik etmişdir.
Daha sonra tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günkü bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirdi. Ə.Osmanova çıxışında möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, aparılan sistemli işin nəticəsi olaraq Azərbaycanda sağlam fikirli gəncliyin yaranmasından danışaraq, sonda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin təbrikini gənclərə çatdırdı və bütün gəncləri təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva, Turizm Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin müəllimi Səbinə Cahangirli, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək Ulu öndərin Azərbaycan gəncliyinə göstərmiş olduğu diqqət və qayğıdan, Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyidən və çalışdıqları sahədə görülən işlərdən danışmışlar.
Ənənəvi hal olaraq tədbirin sonunda 2017-ci ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gəncə fəxri-fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.

Foto qalereya

Keçidlər