Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prezident İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib.

24 fevral 2018 | 01:00

Prezident İlham Əliyev Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova "İstiqlal" ordeni təqdim edib. Təqdimatdan əvvəl söhbət zamanı dövlət başçısı Fəttah Heydərovun fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, Fəttah Heydərov həm Ağsaqqallar Şurasının sədri, həm də millət vəkili kimi daim dövlətçiliyimizin inkişafında mühüm xidmətlər göstərib. Daha sonra prezident İlham Əliyev "İstiqlal" ordenini Fəttah Heydərova təqdim edib. Fəttah Heydərov "İstiqlal" ordeni ilə təltif olunduğuna görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının inkişafındakı danılmaz xidmətlərindən danışıb. Fəttah Heydərov indiki Azərbaycanı ulu öndərin şah əsəri adlandırıb. Ağsaqqallar Şurasının sədri prezident İlham Əliyevi ulu öndərin layiqli davamçısı adlandırıb. Millət vəkili Fəttah Heydərov prezident İlham Əliyevin başçılığı altında Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Keçidlər