Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı faciəsinin 26-cı ildönümü”nə həsr edilmiş rəsm-sərgi müsabiqəsi keçirilmişdir.

24 fevral 2018 | 04:00

Gənclər və İdman idarəsinin təşkilatçılığı, Qəbələ Mədəniyyət Mərkəzi, Qəbələ Dövlət Rəsm Qalareyası və Qəbələ İncəsənət Məktəbinin dəstəyi ilə 23 fevral 2018-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun 60-dək yeniyetmə-gənc rəssamı 100-dək rəsm əsəri ilə qatılmışdır. Tədbirdə rayonun müxtəlif idarə və müəssisələrində çalışan fəal gənclər, məktəblilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müsabiqəni giriş sözü ilə Rəsm Qalareyasının əməkdaşı Təzəgül Nəsmiyeva açaraq iştirakçıları salamlamış, tədbirin məqsəd və vəzifələri barədə danışaraq Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, bu qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirmişdir. Daha sonra İsmayıllı Regional Mədəniyyət və Turizm şöbəsinin Qəbələ rayonu üzrə səlahiyyətli nümayəndəsi Nargilə Qafarova, rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov, Qəbələ Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, Qəbələ İncəsənət Məktəbinin direktoru Əhməd Qəndiyev çıxış edərək Xocalı soyqırımının XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durduğunu, beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyevin tərəfindən gəldiyini bildirmişlər. Natiqlər müsabiqəyə təqdim olunmuş əsərlər haqqında məlumat verərək belə rəsm sərgilərinin keçirilməsinin mühüm cəhətinin bu əsərlərin uzun illər qalaraq, tariximizi yaşadacağını və müsabiqə iştirakçıları içərisindən gələcəyin böyük rəssamları çıxaraq bu günü mütləq xatırlayacaqları deyildi. Rəsm sərgisinə baxış keçirildikdən sonra qaliblərin mükafatlanma mərasimi olmuşdur. Gənc rəssamlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulanmış və müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüş və qalan iştirakçılar fəal iştirakına görə təltif edilmişdir. Rəsm müsabiqəsinin yekunlarına əsasən Nərgiz İzaxarova I yer, Məryəm Məmmədova və Cəmilə Daşdıyeva II yer, Əmrah Məmmədov, Qənirə Qafarova və Yusif Bəşirov III yerə layiq görülmüşlər. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri, Qəbələ Mədəniyyət Mərkəzinin və Qəbələ İncəsənət Məktəbinin fəxri-fərmanları ilə mükafatlandırılmışlar.

Foto qalereya

Keçidlər