Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciəsidir.

24 fevral 2018 | 16:00

Xocalı soyqırımının 26-cı il ildönümü ilə əlaqədar Qəbələ Rayon Təhsil şöbəsində tədbir keçirilmişdir. Tədbirdə şöbənin işçiləri, ümumtəhsil məktəbinin müəllimləri iştirak etmişlər.Toplantıda xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra toplantını tarix fənni üzrə metodist Tərbiyə İsayeva giriş sözü ilə açaraq, Xocalı faciəsinin dəhşətlərindən danışaraq bildirmişdir ki, Xocalı qətliamı XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş Xatın Xirosima soyqırımları eyni səviyyədə durur. Toplantıda Savalan kənd tam orta məktəbinin tarix müəllimi Zamiq Əzizov “Əsrin qan yaddaşı” mövzusu ilə məruzə etmişdir. Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Mədinə Qasımova Xocalıda ermənilərin törətdiyi soyqırımlar beynalxalq təşkilatların bu hadisəyə ikili münasibətindən söz açılmışdır. Təhsil şöbəsi Metodkabinetin müdiri Arifə Bayramova çıxışında Xocalı Soyqırımı qurbanlarının qanının yerdə qalmayacağını vurğulamışdır. Toplantı 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında xocalı faciəsinə həsr olunmuş kompozisiya ilə başa çatmışdır.

Keçidlər