Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gəncə şəhəri ilə tanışlıq Qəbələ məktəblilərində xoş təəsürat yaradıb.

28 mart 2018 | 04:00

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Qəbələ məktəbliləri martın 27-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar. Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər. Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyindəki ekponatlara tamaşa ediblər. Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. “İmamzadə” ziyarətgahında Prezident İlham Əliyevin təşəbbüsü ilə geniş abadlıq, quruculuq işləri aparılıb, ətrafında böyük kompleks yaradılıb. Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məktəblilər XVII əsrin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncənın sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər. Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzində olublar. Burada onlar Azərbaycanın ilk qadın şairəsinin həyat və yaradıcılığı haqqında materiallarla tanış olublar. Qəbələ məktəbliləri bu yaxınlarda istifadəyə verilmiş və açılışında Prezident İlham Əliyevin iştirak etdiyi Mirzə Şəfi Vazeh muzeyində və şairin adını daşıyan parkda olublar. Burada məktəblilərə muzeyin yaranma tarixi və böyük şair və maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Tur-aksiya çərçivəsində şagirdlərin ekskursiyası davam edir.

Foto qalereya

Keçidlər