Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc xilasedici və yanğınsöndürən” yarışının Şimal-qərb zonası üzrə final mərhələsi keçirilmişdir.

05 may 2018 | 02:00

04 may 2018-ci il tarixində Şimal-qərb Regional Mərkəzində Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışının Şimal-qərb zonası üzrə final mərhələsi keçirilmişdir. Yarışda Mərkəzin dislokasiya ərazisinə daxil olan Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, və Balakən rayonlarının zona mərhələsinə vəsiqə qazanmış ümumtəhsil məktəblərinin komandaları iştirak edirdi. Tədbirin açılış mərasimində çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən söz açmışlar. Yarış ”Maneələr zolağı”, “Yanğın estafeti”, “Komandaların təqdimatı” müsabiqəsi” adlı 3 mərhələdən ibarət olmuşdur. Yarışda I yeri Qax şəhər N. Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi, II yeri N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəb III yeri isə Qəbələ Rayon Bum qəsəbə tam orta məktəbi qazanmışdır. I yeri tutan komanda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Respublika finalında iştirak etmək hüququ əldə etmişdir. Fərqlənmiş komandalar diplomla təltif olunmuşlar.

Keçidlər