Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub.

09 may 2018 | 02:00

YAP Qəbələ Rayon Təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında rolu” mövzusunda mühazirə təşkil olunub.Tədbirdə rayonun ümumtəhsil məktəblərinin və uşaq incəsənət məktəbinin müəllimləri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova açıb. Toplantıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyasının dossenti Ariz Abdullayevin mühazirəsi dinlənilib.

Keçidlər