Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Kiçik Əmili kəndində səyyar görüş-qəbul keçirilib.

15 may 2018 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının və əlaqədar idarə, təşkilat rəhbərlərinin iştirakı ilə Kiçik Əmili kəndində vətəndaşlarla növbəti səyyar görüş-qəbul keçirilib. Tədbirdə RİH-nin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevin qayğı və diqqəti ilə ölkədə, o cümlədən Qəbələdə həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq işləri barədə geniş məlumat verib. Səbuhi Abdullayev bildirib ki, Azərbaycanın bütün regionları kimi Qəbələ də gündən-günə dəyişir, gözəlləşir. RİH başçısının nitqində rayonumuzda yeni məktəb binalarının, səhiyyə ocaqlarının və digər sosial obyektlərin tikildiyi, yolların salındığı, əhalini fasiləsiz enerji daşıyıcıları ilə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi və bütün görülən işlərin insanların rifahının yaxşılaşdırılmasına xidmət etdiyi qeyd olunub. Sonra vətəndaşlar dinlənilib. Onlar Qəbələdə son illər aparılan tikinti-quruculuq və abadlıq işlərindən razılıqlarını bildirərək ölkə başçısına Qəbələyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Görüş-qəbulda çıxış edən kənd sakinləri yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən yolun təmir olunmasını, ərazidə sürəti məhdudlaşdıran yol nişanlarının qoyulmasını, elektrik dirəklərinin dəyişdirilməsini və yeni tibb məntəqəsinin tikilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin nəzərə alınacağını bildirib və onların həlli istiqamətində aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər