Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

15 iyun 2018 | 06:00

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Mərkəzində, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət, və peşə ixtisası müəssisələrində silsilə tədbirlər keçirilir. Toplantılarda 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açılır, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər haqqında geniş məlumatlar verilir. Çıxışlarda diqqətə çatdırılır ki, ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Diqqətə çatdırılır ki, bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.

Keçidlər