Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ ilə tanışlıq xarici jurnalistlərdə zəngin təəssürat yaradıb.

28 iyun 2018 | 16:00

Azərbaycanda səfərdə olan bir qrup xarici KİV nümayəndəsi Qəbələ rayonuna səfər etmişlər. Qonaqlar rayonun qədim tarixi və turizm potensialı ilə yaxından tanış olmuşlar.  İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlərə Qəbələnin qədim tarixi, mədəniyyəti, adət-ənənələri, sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası barədə ətraflı məlumat verilib. Xarici KİV nümayəndələri rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar. Qrup üzvləri Qəbələnin  onlarda zəngin təəssürat yaratdığını ifadə ediblər.

 

Keçidlər