Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tələbə Simfonik Orkestrinin konserti olub.

01 avqust 2018 | 02:00

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olub. İyulun 30-da Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan böyük səhnədə gənc musiqiçiləri tələbə simfonik orkestrinin dirijoru, “Baku Sinfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə müşaiyyət edib. Konsertdə tanınmış musiqiçilərin-- beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayevin (bariton) və Emil Bağırovun (klarnet) çıxışı böyük marağa səbəb olub. Konsertdə məlumat verilib ki, Cavad Tağızadənin rəhbərliyi ilə təşkil olunan tələbə simfonik orkesti Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakultəsi yaranan gündən fəaliyyət göstərir. Orkestrin konsertində Ü. Hacıbəyli, Q.Qarayev, O.Qardeli, A.Vivaldi, F. Əmirov, M. Maqomayev, J.Massne və K.Krautqartnerin əsərləri səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Foto qalereya

 

Keçidlər