Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan, ABŞ və İsrail musiqiçilərinin iştirakı ilə kamera konserti keçirilib.

02 avqust 2018 | 04:00

Heydər Əliyev Fondunun təşkilatçılığı və “Gilan Holding”in dəstəyi ilə keçirilən Qəbələ X Beynəlxalq Musiqi Festivalı davam edir. Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqi zalında keçirilən konsertdə Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski (İsrail-ABŞ), Sankt-Peterburq Konservatoriyasının müəllimi Olqa Yermakova (Rusiya), Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman (İsrail), beynəlxalq mükafatlar laureatı Annel Qreqori (ABŞ), tanınmış klarnet ifaçısı Şükür Səmədovun iştirakı ilə Kamera Musiqisi Axşamı olub. Konsertdə A. Rubinşteyn, R. Qlier və İ. Bramsın əsərləri səsləndirilib.

Foto qalereya

Keçidlər