Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Təhsil işçilərinin konfransı keçirilmişdir.

06 sentyabr 2018 | 10:00

Sentyabrın 5-də  Qəbələdə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər. Daha sonra “Qafqaz Resort Hotel” in toplantı zalında konfrans öz işinə başlamışdır. Tədbiri Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova açaraq diqqətə çatdırmışdır ki, hesabat ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 53 tam orta, 12 ümumi orta, və 3 ibtidai məktəb faəliyyət göstərmiş, 1170 nəfər uşaq 66 məktəbə hazırlıq qruplarına, 15980 nəfər şagird isə 973 sinif komplektinə cəlb olunmuşdur. Məktəbəhazırlıq qrupları ilə birlikdə şagird  kontigenti 17150 nəfər olmuş,  onların təlim-tərbiyəsi ilə 2279 nəfər müəllim məşğul olmuşdur. Vurğulanmışdır ki, şagirdlərin dərin, fundamental bilik mənimsəmələrində, savadlı şagirdlərin müəyyən sahələr üzrə istedadlarının üzə çixarılmasında, həmin uşaqlarda yaradıcılıq, tədqiqatçılıq meyllərinin gücləndirilməsində fənn olimpiadaların rolu olduqca böyükdür. Buna görə də təhsil şöbəsi, ümumtəhsil məktəblərinin rəhbərləri, həmçinin rayonun qabaqcıl fənn müəllimləri bu istiqamətdəki işləri diqqət mərkəzində saxlamışlar. Görülən işlərin nəticəsində ki, cari dərs ilində fənn olimpiadalarının rayon mərhələsində 363 nəfər, İsmayıllı şəhərində keçirilən zona mərhələsində 73 nəfər iştirak etmiş, onlardan 11 nəfəri respublika turunda iştirak etmək hüququ qazanmış və 6 nəfər şagird respublika turunun qalibi olmuşdur.  Bildirilmişdir ki, “Təhsildə keyfiyyət ili” çərçivəsində ilk dəfə  təşkil olunmuş pedaqoji mühazirədə rayonun müəllimləri fəal iştirak etmişlər. Rayon üzrə seçim mərhələsində 30-a yaxın pedaqoji işçi iştirak etmiş, komissiya tərəfindən dinləmələrdən və müzakirələrdən sonra innovativ xarakterə, ciddi təcrübi əhəmiyyətə malik olan iki məruzə söbənin təqdimat məktubu ilə  Ölkə üzrə Təşkilat Komitəsinə təqdim olunmuşdur. Respublika Təşkilat komitəsinə təqdim olunmuş hər iki məruzə müsabiqənin qalibi olmuş 1-ci və 2-ci yerlərə layiq görülmüşlər. 2017-2018-ci dərs ilində rayon  məktəblərini bitirən 1164 nəfərdən  814 nəfəri ali məktəblərə  sənəd vermiş, onlardan  508 nəfəri tələbə adını qazanmış, 50 nəfəri isə 600 dən çox bal toplamışlar. Məktəblərin maddi-texniki bazalarının  möhkəmləndirilməsi və yenilənməsi istiqamətində rayonda xeyli işlər görüldüyü diqqətə çatdırılmışdır. Belə ki, rayonun Laza kəndində 80 yerlik ümumi orta,   Zərgərli kəndində isə 56 yerlik ibtidai məktəb üçün modul tipli yeni məktəb binaları tikilmiş, Bum qəsəbə tam orta, Zarağan kənd 1 saylı tam orta və Məmmədağalı kənd  tam orta məktəblərinin  dam örtükləri  dəyişdirilmişdir. Qeyd olunmuşdur ki, Vəndam qəsəbə 2 saylı tam orta məktəbi üçün yaxın günlərdə 380 yerlik yeni məktəb  binasının tikintisinə, Qaradeyin kəndində 80 yerlik tam orta və Şəfili kəndində isə 20 yerlik modul tipli ibtidai məktəblərin quraşdırılmasına  başlanılacaqdır. Konfransda RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçınını müavini  Ətayə Osmanova, Təhsil Nazirliyinin nümayəndəsi Sübhi Kazımov çıxış edərək son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən söz açıblar. Natiqlər yüksək göstəricilərin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər. Onlar bu uğurların qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.
Konfransda ötən tədris ilinin yekunları təhlil edilmiş,  yeni dərs ilində qarşıda duran məsələlər və görüləcək işlər ətraflı müzakirə olunub. Sonra bir qrup müəllim və şagirdə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Sonda Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.

Foto qalereya

Keçidlər