Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Bayramkoxalı kəndində səyyar görüş-qəbul keçirilib.

05 oktyabr 2018 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin növbəti görüş qəbulu oktyabrın 4-də Bayramkoxalı kəndində keçirilib. Görüş qəbulda rayon prokuroru Məqsəd Orucov, rayon polis şöbəsinin rəisi Nadir Məmmədov, təhsil, səhiyyə, işıq, qaz təchizatı, yol tikintisi, suvarma sistemləri və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Görüş qəbulu açmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən quruculuq işlərindən, iqtisadi və sosial sahədə həyata keçirilən nəhəng layihələrdən danışmışdır.  Cənab Səbuhi Abdullayev bildirmişdir ki, Bayramkoxalı kəndinin əhalisi tarixən əkinçilik, maldarlıq, baramaçılıq və sair kənd təsərrüfatı sahələri ilə məşqul olmuş və bu sahədə qabaqcıl ənənələrə malikdirlər. Kənd əhalisi kifayət qədər münbit torpaq sahələrinə malikdir. Ölkə Prezidentinin qeyri-neft sektorunun inkişaf etdirilməsi barədə tapşırıqlarının yerinə yetirilməsi sahəsində bu kənddə xeyli iş görülüb. Dövlət başçısının qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və qayğıya kənd əhalisi əməli işləri ilə cavab verirlər. Burada taxıl, maldarlıq məhsulları, baramaçılıq yüksələn templə inkişaf edir. Kənd təbii qazla, daimi elektrik enerjisi, içməli və suvarma suyu ilə tam təmin olunub. Sonra söz qəbul iştirakçılarına verilib. Çıxış edənlər kəndli əməyinə verilən yüksək qiymətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, burada baramaçılıq kimi əhəmiyyətli bir sahənin işinin yenidən canlandırılması kəndlilərin ürəyincə olub. Çünki barama məhsulu qısa müddətdə başa gəlsə də dövlət tərəfindən yaxşı qiymətə alınır və əhalinin rifahının yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Meyvəçilik sahəsində də mühüm irəliləyiş var. Kəndin yaxınlığında salınmış müasir tipli meyvə bağlarında xeyli kənd camaatı işlə təmin olunub. Çıxışlarda dönə-dönə vurğulandı ki, işləmək istəyən hər bir şəxs üçün Bayramkoxalı kəndində hər cür şərait var. Görüş-qəbul iştirakçıları kənd yolunun təmir olunmasına, Dəmiraparan çayına bənd vurulmasına yeni artesian quyusunun qazılmasına ehtiyyac olduğunu bildirdilər. Görüş-qəbulda səslənən təklif və müraciətlərin bir hissəsi yerində həllini tapdı, digərlərinin öyrənilib lazımı tədbirlər görülməsi üçün aidiyyatı vəzifəli şəxslərə tapşırıqlar verildi. Görüş qəbulun sonunda təhsil, səhiyyə, yol tikintisi, suvarma sistemləri, qaz və enerji təchicatı və digər xidmət təşkilatlarının rəhbərləri kənddəki bu sahələrə dair vəziyyət barədə məlumat verdilər. Görüləcək işlər barədə tədbirlər müəyyənləşdirildi.

Keçidlər