Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 10 rayondan olan iştirakçıları Qəbələ ilə tanışlığa başlayıblar.

19 noyabr 2018 | 04:00

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 10 rayonun məktəblilərindən ibarət qruplar noyabrın 18-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər. “Karvansaray” və “Qafqaz Sport” otellərində yerləşən Ağdaş, Füzuli, Göygöl, Siyəzən, Tovuz, Quba, Qusar, Şabran, Xaçmaz və Xızı rayonlarının məktəbliləri nahardan sonra Qəbələ rayonu ilə tanışlığa başlayıblar. Məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində, Dəmiraparan çayının sahilində ağacəkmə aksiyasında iştirak ediblər. Tur-aksiya iştirakçılarının Qəbələnin görməli yerləri ilə ilk tanışlığı Yengicə kəndindəki zooparka ekskursiya ilə başlayıb. Məktəblilərə burada saxlanılan heyvanlar barədə məlumat verilib. Sonra məktəblilər rayonun məşhur istirahət məkanlarından olan Nohur gölünə səyahət ediblər. Bildirilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır. Məktəblilər ekskursiyanın növbəti günlərində Qəbələ rayonunun tarixi yerləri ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.

Foto qalereya

 

Keçidlər