Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fermerlər indiyədək sahələrdən 854 ton yaşıl tütün tədarük ediblər.

30 noyabr 2018 | 16:00

Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün yetişdirilib. Əkin sahələrinin 15 hektarına “Virciniya” növlü ətirli, 24 hektarına “Berley”, 36 hektarına isə yerli tütün sortları əkilib. Artıq təsərrüfatlarda tütün dərimi yekunlaşmaq üzrədir. Fermerlər indiyədək əkin sahələrindən 854 ton tütün tədarük ediblər. Yığılan yaşıl kütlədən bu günədək 105 tona yaxın quru tütün istehsal olunub. Qurudulmuş tütünün 85,7 tonunu “Virciniya” növlü ətirli tütün təşkil edir. göndərilir. Mövsüm ərzində tütünün əkilib becərilməsi və yığımına 120-dək yerli sakin cəlb edilib. Uzun fasilədən sonra Qəbələ rayonunda artıq üçüncü ildir ki, tütün yetişdirilir. Ötən il qəbələli fermerlər 70 hektar sahədən 100 tondan çox quru tütün əldə ediblər.

Keçidlər