Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şəhidlər ölməz-vətən bölünməz” mövzusunda inşa yazı müsabiqəsi qaliblərinin mükafatlanma mərasimi keçirilmişdir.

07 dekabr 2018 | 01:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2. yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı “Şəhidlər ölməz-vətən bölünməz” mövzusunda Qəbələ rayon tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun orta ümumtəhsil məktəblərindən 20-dək yeniyetmə-gənc qatılmışdır.
06 dekabr 2018-cı il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında müsabiqənin yekunu və qaliblərin mükafatlanma mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları salamlamış və müsabiqənin yekunlaşdığı barədə məlumat vermiş, müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri haqqında danışaraq bildirmişdir ki, inşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasından, həmçinin qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsindən ibarətdir. Tədbirdə rayon Təhsil şöbəsinin metodisti Aslan Şirazov çıxış edərək müsabiqənin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını, Azərbaycanın müstəqillik tarixində müstəsna xidmətləri olmuş şəhidlərin gənclər arasında tanıdılmasına xidmət ediyini bildirmiş və qalibləri təbrik etmişdir.
Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüşdür. İnşa yazı müsabiqəsinin yekunlarına əsasən Zalam kənd tam orta məktəbin şagirdi Aytac Ağayeva I yer, Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdi Lalə Hacıyeva və Yenikənd kənd tam orta məktəbin şagirdi Qönçə Şirinova II yer, Qəbələ şəhər 2 saylı tam orta məktəbin şagirdi Kənan Miirzəzadə, Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdi Fidan Cavadlı və Əmirvan kənd tam orta məktəbin şagirdi Aysun Bayramova III yerə layiq görülmüşlər.
Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər