Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Ulu Öndərin anım günü qeyd olunub.

11 dekabr 2018 | 03:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. Tədris Mərkəzinin direktor müavini Reyhan Məmmədova öz nitqində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açdı. O, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Tədris Mərkəzinin istehsalat təlim ustası Rəşad Şahverdiyev çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq  Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından böyük əzimkarlıqla çıxardığını və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı.

Keçidlər