Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Liderin xatirəsi ehtiramla anılıb.

12 dekabr 2018 | 16:00

Ulu öndər Heydər Əliyevin anım günü ölkəmizin hər yerində olduğu kimi, Qəbələ rayonunda da böyük ehtiramla qeyd olunub. Dekabrın 12-də on minlərlə qəbələli dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmək üçün onun abidəsinin ucaldığı Heydər Əliyev Parkına axışıb. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, RİH aparatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, təhsil, səhiyyə, mədəni-maarif ocaqlarının, özəl qurumların kollektivləri ümumilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzüb. Ulu öndərə dərin ehtiramlarını bildiriblər. Anım mərasimi Qəbələ Mədəniyyət mərkəzində davam etdirilib. Mərkəzdə yerli fırça ustalarının və məktəblilərin Ulu öndərə həsr etdikləri rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə şıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, xalqımızın dövlətçilik tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər anı Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Diqqətə çatdırılıb ki, dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. Sərt sovet rejiminin qadağalarına baxmayaraq cəsarətlə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb, Azərbaycanlı gənclərin keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının yüksəldilməsi istiqamətində uzaqgörən addımlar atıb. Bildirilib ki, 1993-cü ildə Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan müdrik rəhbərimiz Heydər Əliyev uzaqgörənliklə çox ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, düşmən təcavüzü, hərbi qarşıdurma ilə üzləşmiş Azərbaycanın parçalanmasının, müstəqilliyinin itirilməsinin qarşısını alıb, ictimai-siyasi sabitliyi təmin edib. RİH başçısının çıxışında qeyd olunub ki, təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Onun həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil Azərbaycan regionda lider dövlətə çevrilib. Ölkə başçısının yorulmaz fəaliyyəti nəticəsində dövlətçiliyimiz gündən-günə qüdrətlənir və Azərbaycanın beynəlxalq aləmdə rolu və nüfuzu artır. Bu uğurların əsasını qoymuş Ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının, bizim hər birimizin qəlbində daim yaşayacaqdır. Sonda tədbir iştirakçılarına məktəblilərin ifasında dahi şəxsiyyətə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Keçidlər