Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Soltannuxa kəndində səyyar görüş-qəbul keçirilib.

19 dekabr 2018 | 16:00

Görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev regionların sosial-iqtisadi inkişafı dövlət proqramında rayonumuzun bütün yaşayış məntəqələrində, eləcə də Soltannuxa kəndində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. RİH başçısı iqtisadiyyatın inkişafında, əhalinin rifahının yüksəlməsində kənd təsərrüfatının mühüm rol oynadığını və bu istiqamətdə Soltannuxa kəndində müəyyən işlərin görüldüyünü qeyd edib. O, çıxışında ərazidə bağçılığın, tərəvəzçiliyin, heyvandarlığın və əkinçiliyin daha da inkişaf etdirilməsinin zəruri olduğunu, bu gün valyuta gətirən strateji kənd təsərrüfatı məhsullarının istehsalçılarına fındıqçılığın, baramaçılığın, tütünçülüyün daha da inkişaf etdirilməsi üçün hərtərəfli köməklik göstəriləcəyini diqqətə çatdırıb. Sonra kənd sakinləri dinlənilib. Görüş iştirakçıları rayonumuzda həyata keçirilən sosial layihələrin uğurlu icrasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında kənddə yeni məktəb binasının tikilməsinə, bir subartezian quyusunun qazılmasına və təzə yaşayış massivinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı sakinlər tərəfindən verilən təkliflərin icrası ilə bağlı aidiyyəti təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər