Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

«Qəbələ» Antalya toplanışına start verdi.

14 yanvar 2019 | 16:00

“Qəbələ” Türkiyənin Antalya şəhərinə yollanıb. “Qırmızı-qaralar” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək. Bu məqsədlə Türkiyəyə yollanan "Qəbələ” Antalya toplanışına start verib. Bu müddət ərzində komandanın 4 yoxlama oyunu nəzərdə tutulub. “Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandamızın rəqibləri ayın 20-də “Yenisey, 4 gün sonra isə “Fakel” olacaq. Yanvarın 26-da baş tutacaq son sınaq matçında “Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək.

Keçidlər